49) Yağlı məhlulun hansı üsulla yeridilməsi yağ emboliyasına səbəb olur?
A) Dəriiçi
B) Venadaxili
C) Daxilə qəbulu
D) Əzələdaxili
E) Dərialtı
Yağlı məhlulun səhvən venaya yeridilməsi zamanı yağ emboliyası baş verir. Bu zaman qəflətən ürək nahiyəsində ağrı, boğulma, dərinin göyərməsi olur.
Ədəbiyyat: C.N.Hacıyev. R.Y.Əliyev. Xəstələrə qulluq. Səh.160 “Təhsil” Bakı1998
50) Havanın məhlulla birgə yeridilməsi hava emboliyasına səbəb ola bilər. Nöqtələrin yerinə uyğun cavabı seçin.
A) Bronx daxili
B) Dəri içi
C) Dəri alt;na
D) Vena daxili
E) Əzələ daxili
Şprisdən və ya qanköçürmə sistemindən havanın venaya keçməsi nəticəsində hava emboliyası baş verir.
Ədəbiyyat: C.N.Hacıyev. R.Y. Əliyev. Xəstələrə qulluq. Səh. 160 “Təhsil” Bakı 1998
51) Əzələdaxili inyeksiya üçün iynənin uzunluğu necə mm olmalıdır?
A) 60 mm
B) 50 mm
C) 80 – 90 mm
D) 40 mm
E) 30 mm
Əzələ daxilinə inyeksiya edilən zaman iynə yaxşı inkişaf etmiş dərialtı piy qatından keçib əzələyə çatmalıdır, ona görə də bu inyeksiya zamanı uzunluğu böyük olan iynə götürülür. Əgər dərman bundan qısa iynə ilə yeridilərsə sorulması çətinləşər, bu da infiltrasiya, absess kimi ağırlaşmalara səbəb olar.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 49 “Çıraq” 2008
52) Mədənin yuyulmasına göstəriş hansıdır?
A) Xroniki kolit
B) Xroniki enterit
C) Kəskin xolesistit
D) Kəskin kolit
E) Kəskin qastrit
Kəskin qastritə səbəb zəhərli maddələrin, yararsız qidanın mədəyə düşməsidir. Xəstəyə yardım etmək üçün mədəyə düşmüş yararsız maddələr tez bir zamanda oradan çıxarılmalıdır, bunun üçün ən yaxşı üsul mədənin yuyulmasıdır. Mədəni adətən zondla yuyurlar, əgər zond salmaq mümkün deyilsə xəstəyə çoxlu miqdarda su içirir və qusmağa məcbur edirlər.
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.59 “Çıraq” 2008
Dostları ilə paylaş: |