304) Proqressiv arıqlama ən çox hansı xəstəlikdə müşahidə olunur?
A) Xroniki xolesistit
B) Hepatit B
C) Mədə xərçəngi
D) Xroniki hiperasid qastrit
E) 12 barmaq bağırsaq xorası
Mədə xərçənginin aydın klinik təzahürlər dövründə xəstənin əsas şikayətlərindən biri də proqressiv arıqlamadır. Mədə xərçəngi zamanı iştaha kəskin azalır, xəstədə ətli yeməklərə qarşı ikrah hissi , mədə çıxacağının stenozlaşması nəticəsində isə azacıq qidalanmadan sonra doyma hissi olur ki , bunlar da xəstənini kəskin arıqlamasına səbəb olur.
Ədəbiyyat : Daxili xəstəliklər. F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh. 338. Bakı. “Təbib “1998.
305) Rentgenoqrafiyada, dolma defekti,, hansı xəstəlik üçün xarakterikdir?
A) Mədə xorası
B) Qastrit
C) Mədə sallanması
D) 12 barmaq bağırsaq xorası
E) Mədə xərçəngi
Rentgenoloji müayinə xəstəliyin erkən mərhələlərində diaqnozu təsdiq etməyə və şişin lokalizasiyasını müəyyən etməyə imkan verir. Mədə xərçənginin əsas rentgenoloji əlaməti mədədə kontrast kütlə ilə dolmayan sahənin olmasıdır ki, buna “ dolma defekti “deyilir.
Ədəbiyyat : Daxili xəstəliklər. F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh. 338.Bakı.“Təbib“1998.
306) Xoranın xərçəngə çevrilməsi necə adlanır?
A) Pilorostenoz
B) Maliqnizasiya
C) Perforasiya
D) Penetrasiya
E) Regenerasiya
Xoranın bəd xassəli transformasiyası maliqnizasiya adlanır. Çox vaxt pilorik hissənin xorası maliqnizasiyalaşır , bu zaman mədənin sekretor funksiyasının azalması qeyd edlir, iştaha azalır, EÇS artır.
Ədəbiyyat : Daxili xəstəliklər. F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə.Səh. 327 Bakı.“Təbib“1998.
307) Qida qəbulundan 30 dəqiqə sonra epiqastral nahiyədə əmələ gələn ağrılar hansı xəstəlik üçün xarakterikdir?
A) Mədə xorası
B) Xroniki qastrit
C) Kəskin pankreatit
D) 12 barmaq bağırsaq xorası
E) Ezofagit
Mədə xorası zamanı qidalanmadan sonra erkən əmələ gələn ağrılara səbəb mədədə gedən həzm prosesi zamanı peristaltikanın və mədə şirəsinin artması nəticəsində xoranın qıcıqlanmasıdır , ona görə belə xəstələrə mədə sekresiyasını azaldan , mədə və 12 barmaq bağırsağın motor funksiyasını ləngidən dərmanlar təyin edilir
Ədəbiyyat : Daxili xəstəliklər F.İ.Komarov;V.Q.Kukes;A.S.Smetnyovun redaktəsi ilə. Səh. 327. Bakı. “Təbib “1998
308) 36 yaşlı xəstə epiqastral nahiyədə yeməkdən 30 dəqiqə sonra başlayan ağrılarla feldşerə müraciət edib. Ağrılar çox intensiv olduqda qusma baş verir, Dediyinə görə qusmadan sonra ağrılar nisbətən azalır , bu səbəbdən hətta bəzən xəstə süni qusma yaradır , iştahası saxlanılıb. Bir neçə ildir xəstədir , xəstəliyi yaz –payız fəsillərində kəskinləşir.Feldşer hansı xəstəlikdən şübhələnməlidir?
A) Kəskin pankreatit
B) Ezofagit
C) 12 barmaq bağırsaq xorası
D) Xroniki qastrit
E) Kəskinləşmə mərhələsində olan mədə xorası
Diaqnoz xəstənin şikayətlərinə və anamnezə əsasən qoyulur.Epiqastral nahiyədə yeməkdən 30 dəqiqə sonra əmələ gələn və qusmadan sonra azalan ağrılar mədə xorası xəstəliyinə xasdır. Ağrılara səbəb mədədə gedən həzm prosesi zamanı peristaltikanın və mədə şirəsinin artması nəticəsində xoranın qıcıqlanmasıdır.Anamnezə görə xəstəlik yaz- payız fəsillərində kəskinləşir ki , bu da mədə xorasına xasdır.
Ədəbiyyat:Daxili xəstəliklər.F.İ.Komarov;V.Q.Kukes;A.S.Smetnyovun redaktəsi ilə. Səh. 321. Bakı.“Təbib “1998
Dostları ilə paylaş: |