323) İştahanın olmaması necə adlanır?
A) Disfagiya
B) Bulimiya
C) Polidipsiya
D) Polifagiya
E) Anoreksiya
Latınca “ an” inkar şəkilçisidir , “oreks” isə iştaha deməkdir.
Ədəbiyyat : Daxili xəstəliklər.F.İ.Komarov ;V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə.Səh.393. Bakı “Təbib“1998
324) 18 yaşlı xəstə başağrısı , bel nahiyəsində sızıldayıcı ağrı , ümumi halsızlıq, sidiyinin çəhrayı rəngdə olması şikayətləriylə feldşerə müraciət edib. Baxma zamanı xəstənin üzundə şişkinlik müşahidə edilir. Anamnezdən məlum olur ki , 3 gündür xəstədir , 2 həftə əvvəl angina keçirib. A/T (arterial təzyiq) 165/ 100 mm.c. süt. Təxmin edilən diaqnoz hansıdır?
A) Böyrək daşı
B) Kəskin pielonefrit
C) Kəskin qlomerulonefrit
D) Sistit
E) Xroniki böyrək çatışmazlığı
Qlomerulonefrit yumaqcıq damarlarının zədələnməsinin üstünlüyü ilə gedən , böyrəklərin tez-tez rast gəlinən immunokompleks xəstəliyidir.Kəskin qlomerulonefrit zamanı bel nahiyəsində sızıldayıcı ağrılar, ümumi halsızlıq , baş ağrısı olur, hematuriya müşahidə edilir. Xəstənin 2 həftə əvvəl angina keçirməsi böyük diaqnostik əhəmiyyət kəsb edir, çünki xəstəlik əsasən streptokokk infeksiyasından sonra başlayır. Üzdə ödemin olması, arterial təzyiqin göstəricisi də qlomerulonefrit diaqnozunu təsdiqləməyə əsas verir.
Ədəbiyyat : Daxili xəstəliklər. F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh. 459. Bakı. “ Təbib “ 1998
325) Öd sancısı tutması zamanı hansı preparatın istifadəsi əks- göstərişdir?
A) No-şpa
B) Omnopon
C) Allaxol
D) Papaverin
E) Yessentuki -17
Öd sancısı zamanı əsas məqsəd ağrını və spazmıaradan qaldırmaqdır. Narkotiklər Oddi sfnkterində spazm yaratdığına görə öd sancısı zamanı istifadəsi əks- göstərişdir, omnopon da narkotik olduğundan bu baxımdan istifadəsi əks-göstərişdir
Ədəbiyyat : Daxili xəstəliklər.F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh.445. Bakı. “Təbib “1998
Dostları ilə paylaş: |