859) Xarici qulaq keçəcəyinin yuyulması nə ilə həyata keçirilir?
A) Steril tampon
B) Atravmatik pipetka
C) Qulaq qıfı
D) Qulaq zondu
E) Jane şprisi
Xarici qulaq keçəcəyinin yuyulması jane şprisi ilə həyata keçirilir.Jane şprisinə 35-37°C temperaturda su və ya furasilin məhlulu yığılır.Xəstə işıq mənbəyinin yaınında otuzdurulur.Xəstənin çiyni dəsmal ilə örtülür və qulağının altına tutmaq üçün böyrəyə-bənzər ləyən verilir.Sol əllə qulaq seyvanı arxaya və yuxarı dartılır.Sağ əllə şprisin ucluğu xarici qulaq keçəcəyinə yeridilir.Xarici qulaq keçəcəyinin yuxarı arxa divarı boyunca təzyiqlə maye yeridilir.Yuyulmuş suya nəzarət etmək lazımdır.Proseduradan sonra qulaq keçəcəyi tam qurudulur.Sonda istifadə olunan materiallar dezinfeksiya edilir.
Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 2 2 9
860) Qulaq seyvanın hematoması zamanı ilkin tibbi yardım nədən ibarətdir?
A) Qulaq seyvanının hidrogen-peroksid ilə işlənməsi
B) Buz qovuqcuğunun və sıxıcı sarğının qoyulması
C) Spirtli tamponun qoyulması
D) Aseptik sarğının qoyulması
E) Qızışdırıcı sarğının qoyulması
Qulaq seyvanının hematoması zədələnmə nəticəsində dəri örtüklərinin pozulmaması ilə qığırdaq və qığırdaq üstlüyü arasındakı sahədə baş verən qansızmadır.Bu zaman ilkin tibbi yardım buz qovuqcuğunun və sıxıcı sarğının qoyulmasından ibarətdir.Sonradan həkimin konsultasiyası vacibdir.Əgər vaxtında düzgün yardım göstərilməzsə hematomanın infeksiyalaşması,qığırdaq və qığırdaq üstlüyünün iltihabı baş verə bilər.
Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 1 6 9
861) Qulağa qoyulan qızdırıcı kompress necə təsir göstərir?
A) Antiseptik və stimuləedici
B) Sakitləşdirici və ağrıkəsici
C) Spazmolitik və ağrıkəsici
D) Ağrıkəsici və sorucu
E) Qıcıqlandırıcı və sorucu
Qızdırıcı kompress sadə fizioterapevtik prosedura olub müəyyən müddət ərzində qan damarlarını genişləndirir.Bu isə dəri və dərialtı toxumalarda qan dövranını artırır.Nəticədə ağrıkəsici effektə və iltihabı prossesin sorulmasına səbəb olur.
Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 308
Dostları ilə paylaş: |