866) Uşaqlarda sınıq nahiyəsində yaranan hemotamaya 1%-li novakain blokadası apararkən nə nəzərə alınmalıdır?
A) Uşağın cinsi
B) Uşağın çəkisi
C) Uşağın yaşı
D) Köklük dərəcəsi
E) Uşağın boyu
Uşaqlarda ətrafların sınıqları zamanı kiçik ölçülü Kramer şinası ilə immobilizasiyadan sonra sınıq yerində hematomaya uşağın yaşına müvafiq novakainin 1-2%-li məhlulundan hər yaş üçün 1ml götürülməklə işlədilir.Əgər uşağın yeddi yaşı varsa onda 7 ml novakain vurulmalıdır.
Ədəbiyyat:B,D.Komarov.Təcili tibbi yardım.Moskva-1984.Səh(294)
867) Feldşer hepatitə şübhəli xəstədən sınaq şüşələrinə götürdüyü qanı mərkəzi labarotoriyaya kənddən necə çatdirmalıdır
A) Açıq ştativdə
B) Əllındə kağıza bükülü
C) Çantada
D) Steril konteynerdə
E) Şüşə qablarda
Sınaq şüşələrinə hepatitlərə Q.İ.D.S-ə şübhəli şəxslərdən götürülən qan ehtiyatla sınaq şüşələrinə doldurulub ağzı kip bağlanmalıdır.Əlavə olaraq sınaq şüşəsinin ağzı leykoplastırla möhkəmləndirilməlidir.Sonra isə hermetik konteynerə qoyulmalıdır.
Ədəbiyyat:S.A.Aqkatseva.Tibb bacısının praktik vərdişləri.1997.səh(171)
868) Xəstəyə oksigen yastığı ilə oksigen verilərkən dəqiqə ərzində oksigenin verilmə sürəti neçə litr olmalıdır?
A) 10 litr
B) 2 litr
C) 4-5 litr
D) 1 litr
E) 15 litr
Oksigen yastıqları 10-25 litrlik rezinləşdirilmiş kisə formasında olur.Adətən bir oksigen yastığı 5-6 dəqiqə kifayət edir.Verilən oksigenin dəqiqəlik həcmi reduktor vasitəsilə tənzimlənir ki,bu da 1 dəqiqə 4-5 l-ə bərabərdir.
Ədəbiyyat:S.A.Aqkatseva.Tibb bacısının praktik vərdişləri.1997.səh(51)
869) 1 qram zülal neçə kkal enerji verir?
A) 9.3 kkal
B) 2 kkal
C) 10 kkal
D) 3.5 kkal
E) 4.1 kkal
1 litr suya 1°C qızdırmaq üçün lazım olan istikiyin miqdarına kilokalori(kkalori) deyilir.1 qram zülal “yandıqda” 4.1 kkal enerji ayrılır.Müxtəlif qida məhsullarının koloriliyi xüsusi cədvəllərlə müəyyənləşdirilir.
Ədəbiyyat:N.P.Paleyev.Tibb bacısının məlumat kitabı.Bakı-1991.Səh(122)
Dostları ilə paylaş: |