879) Zimnitski sınağında ilk sidik nümunəsi saat neçədən yığılmağa başlanır?
A) 5:00
B) 6:00
C) 9:00
D) 12:00
E) 4:00
Xəstəyə 8 qab verilərək hər bir qabın üzərində vaxtı göstərilir.Fasilə 3 saat müəyyənləşdirilir.İlk sidik nümunəsi (6:00-da) atılaraq,saat 9:00-dan qaba yığılır.Növbəti gün saat 6:00-ın sidik nümunəsi isə qaba yığılır.
Ədəbiyyat:S.A.Aqkatseva.Tibb bacısının praktik vərdişləri.1997.səh(255)
880) Səthi yanıqlardan sonra dərinin neçə faizi zədələndikdə ambulator müalicəyə cəlb edilir? (Üzün, əllərin, aralığın yanıqları aid edilmir).
A) 6-8 %
B) 1-1.5%
C) 3-10%
D) 15-20%
E) 20-30%
Səthi yanıqlardan sonra dərinin neçə faizi zədələndikdə ambulator müalicə cəlb edilir.(üzün,əllərin,aralığın yanıqları aid edilmir).Hiss olunacaq dərəcədə(xəstə ayaq üstə olmaqla) 4-5 dəfə yumruqla vurmaq lazımdır.
Ədəbiyyat:V.İ.Maslov.Kiçik cərrahlıq.Moskva-1988.Səh(79)
881) Bud sümüyünün sınaqlarında ən etibarlı immobilizasiya şinası hansıdır?
A) Kramer şinası
B) Diterexs şinası
C) Böyler şinası
D) Şumaxer şinası
E) Kuzminski şinası
Aşağı ətrafların sınıqlarında əsasən taxtadan hazırlanmış xüsusi diterexs şinalarından istifadə edilir.Şina üç hissədən ibarətdir və xəstənin boyuna uyğunlaşdırıla bilir.Şina aşağı ətrafın tış tərəfindən qoltuq çuxuruna iç tərəfdən isə qasıq nahiyəsinə qoyulur.Bu vaxt ətrafda olan bütün oynaqlar hərəkətsiz vəziyyətə gətirilir.
Ədəbiyyat: H.Sultanov.Cərrahiyyə Bakı-1997.Səh(110)
882) Böyrəklərin qapalı zədələnmələri zamanı ilk tibbi yardım nədən ibarətdir?
A) Spazmalitiklərdən istifadə
B) Buz qovuqcuğu qoyub hospitalizə etmək
C) Narkotiklərdən istifadə
D) Sidikqovuculardan istifadə
E) İsitqac qoymaq
Böyrəklərin qapalı zədələnmələri zamanı ilk tibbi yardım məqsədilə zədə nahiyəsinə buz qoyub,xəstəni rahat uzadaraq təcili xəstəxanaya çatdırmaq lazımdır.
Ədəbiyyat: H.Sultanov.Cərrahiyyə Bakı-1997.Səh(248)
Dostları ilə paylaş: |