Feldşer İxtİsası üzrə test tapşırıqları nümunələrİ


) Sardonik gülüş, trizm və opistotonus hansı xəstəlik üçün xarakteikdir?



Yüklə 261,37 Kb.
səhifə218/248
tarix02.07.2022
ölçüsü261,37 Kb.
#62598
1   ...   214   215   216   217   218   219   220   221   ...   248
Umumi test suallari

875) Sardonik gülüş, trizm və opistotonus hansı xəstəlik üçün xarakteikdir?

A) Fleqmona


B) Qızıl yel
C) Qara yara
D) Tetanus
E) Qazlı qanqrena
Xəstəliyin gizli dövrü nə qədər qısa olsa o bir o qədər ağır keçir.İlk olaraq çeynəmə əzələlərinin qıcolması nəticısində trizm,dişlərin kilidlənməsi,mimiki əzələlərin qıc olması-sardonik gülüş və sonda ənsə,kürək və ətraf əzələlərin qıcolması nəticəsində opistotonus-körpü vəziyyəti yaranır.

Ədəbiyyat: H.Sultanov.Cərrahiyyə Bakı-1997.Səh(149)




876) Ekzoftalm, tremor, taxikardiya hansı xəstəliyin əsas simptomlarıdır?

A) Ezofagit


B) Qastrit
C) Duodonit
D) Endokardit
E) Bazedov xəstəliyi(tiretoksikoz)
Bu xəstəlikdə qalxanvari vizin hiperfunksiyası müəyyən edilir.Əsasən üç simptom müşahidə edilir-əllərin və ətrafların əsməsi-tremor,dombagözlük (ekzoftalm) və ürək vurğularının sayının artması-taxikardiya.

Ədəbiyyat: H.Sultanov.Cərrahiyyə Bakı-1997.Səh(149)




877) Litotriptor nə məqsədlə işlədilir?

A) Piy toxumasını çıxarmaq üçün


B) Böyrək daşlarını parçalamaq üçün
C) Anastamoz qoymaq üçün
D) Traxeostomiya üçün
E) Laparosentez üçün
Manipulyasiya sistoskopiya otağında aparılır.Sidik kisəsində olan daşların parçalanması elektrohidravlik effektə əsaslanır.”Urat-1” aparatlarından istifadə edilir.Sistoskopdan aparata birləşdirilmiş elektrod salınaraq,elektrodla göndərilən cərəyan daşı parçalayır.Xırda daşlar özü xaric olur.

Ədəbiyyat:S.B.İmanverdiyev.Uroloji şöbədə tibb bacısının işi,Bakı-2004.Səh(48)




878) Ağciyər,ürək reanimasiyası zamanı qapalı masaj və nəfəs iki adamla yerinə yetirildikdə nisbət necə olmalıdır?

A) 15:1
B) 3:2


C) 10:3
D) 8:2
E) 5:1
Ağ ciyər –ürək reanimasiyası bir və ya iki şəxs tərəfindən aparıla bilər.Reanimasiya iki şəxslə aparıldıqda ürəyin masajı və nəfəs vermə nisbəti 5:1 olmalıdır.

Ədəbiyyat:S.A.Aqkatseva.Tibb bacısının praktik vərdişləri.1997.səh(271)





Yüklə 261,37 Kb.

Dostları ilə paylaş:
1   ...   214   215   216   217   218   219   220   221   ...   248




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin