253) Ikinci dərəcəli yataq yarasının əlaməti hansıdır?
A) Avazıma
B) Qızartı
C) Ödem
D) Ödem və suluqlar
E) Yara
Yataq yarası mikrosirkulyasiyanın pozulması nəticəsində dəri, dərialtı və digər yumşaq toxumalarda əmələ gələn distrofik, yaralı- nekrotik prosesdir. Prosesin klinik şəkli belə başlayır : I mərhələdə dəri avazıyır, sonra qızarır; II mərhələdə qızarmış nahiyədə ödem və suluqlar əmələ gəlir; III mərhələdə bu suluqların yerində yara və nekroz əmələ gəlir.
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev, Xəstələrə qulluq. Səh. 63. “ Təhsil” Bakı 1998
254) Üçüncü dərəcəli yataq yarasının müalicəsi necə aparılmalıdır?
A) Massaj etmək
B) 700-li etil spirti ilə silmək
C) 10%-lı kamfora spirti ilə silmək
D) Cərrahi üsulla
E) Vazelin sürtmək
Yataq yarasını III mərhələsində nekroz əmələ gəlir .Belə halda müalicə ancaq cərrahi yolladır. Nekrozun sərhədləri aydın bilindikdə cərrahi yolla ölmüş toxumalar kəsilib götürülür və yaraya 1% -li kalium- permanqnat məhlulu ilə isladılmış steril salfetka qoyulur, sarğı gündə 2-3 dəfə dəyişilir
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh 53. “Çıraq “ 2008
255) Soyuq kompresi neçə dəqiqədən bir dəyişirlər?
A) 10
B) 40
C) 2-3
D) 30
E) 60
Soyuq kompresləri əzilmə ,travma və qanaxmalar zamanı qoyurlar.Bu cür kompreslər yerli soyuma əmələ gətirir və həmin yerdəki qan damarlarının daralmasına və bura az qan gəlməsinə səbəb olur, ağrını azaldır. Soyuq kompres zamanı tənzifi soyuq suda isladıb sıxır və lazım olan yerə qoyurlar, 2-3 dəqiqədən sonra tənzif isinir, ona görə onu təzədən isladıb qoyurlar.
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” . Səh. 56. “Çıraq “ 2008
256) İsti kompresi neçə dəqiqədən bir dəyişirlər?
A) 30
B) 60
C) 50
D) 10 -15
E) 2-3
İsti kompresləri qoymaq üçün qalın parçanı isti suda isladıb sıxır və bədənə qoyurlar, üstündən müşəmbə və qalın yun parça qoyulur. Bu prosedura iltihab ocaqlarının tez sorulmasına kömək edir və ağrını kəsir. İsti kompres hər 10-15 dəqəqədən bir, soyuduqca dəyişilir.
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 56. “Çıraq “ 2008
Dostları ilə paylaş: |