288) Yüksək kalorili və güclü qidalanma hansı xəstəlik zamanı təyin edilir?
A) Kəskin qastrit
B) Hepatit B
C) Kəskin pielonefrit
D) Ağciyər vərəmi
E) Ürəyin işemik xəstəliyi
Vərəm xəstəliyi zamanı qida rasionunda zülalların ,mineral maddələrin və vitaminlərin miqdarı artırılır, xəstə gündə 5 dəfə qidalanır, xəstəyə 11 № li pəhriz təyin edilir.Bu, xəstənin müdafiə qüvvələrini artırmaqla yanaşı eyni zamanda vərəməleyhi müalicənin effektini də artırır.
Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 88. “ Təhsil” Bakı 1998
289) Sıfır pəhriz nə zaman təyin olunur?
A) Mədə və 12 barmaq bağırsaq əməliyyatlarından sonrakı ilk günlərdə
B) Piylənmə zamanı
C) Podaqra zamanı
D) Şəkərli diabetdə
E) Hepatit zamanı
Sıfır pəhrizi stolları həzm traktı üzvlərində cərrahi əməliyyat keçirmiş xəstələrə tətbiq edilir. Pəhrizin məqsədi bağırsağın köpməsini azaltmaq ,həzm orqanlarının üzərinə düşən yükü azaltmaq , adi qidalanmaya əks-göstəriş olduğu hallarda xəstənin qidalanmasını təmin etməkdir.
Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 90. “ Təhsil” Bakı 1998
290) Süni qidalanma üçün lazım olan qulluq aləti hansıdır?
A) Qaşıq
B) Ucluqlu qab
C) Qazçıxarıcı boru
D) Nazik zond
E) Kateter
Sərbəst qida qəbul edə bilməyən,yaxud qida qəbulundan qəti imtina edən xəstələri süni yolla qidalandırırlar. Bunun üçün ən cox istifadə olunan qidalanma üsulu burun boşluğundan salınmış nazik zondun köməyi ilə qidalanmadır
Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 74. “ Təhsil” Bakı 1998
291) Isidici kompress üçün neçə qatlı tənzif salfetlərdən istifadə edilir?
A) 3
B) 1
C) 2
D) 5
E) 8
İsidici kompreslər təmiz ,zədələnməsi olmayan dəriyə qoyulur .İsidici kompresi hazırlamaq üçün 8 qat bükülmüş tənzifdən, kompres kağızından, pambıq və bintdən istifadə edilir.
Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 118. “ Təhsil “ Bakı 1998
Dostları ilə paylaş: |