297) Ağciyərlərin kütləvi müayinə metodu hansıdır?
A) Xolesistoqrafiya
B) Uroqrafiya
C) Flüoroqrafiya
D) Bronxoqrafiya
E) Rentgenoqrafiya
Flüoroqrafiya ağciyərlərin kütləvi müayinə metodu sayılıb, gün ərzində bu metodla 300-ə qədər adamı müayinədən keçirmək mümkün olur.
Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 501 “Təhsil” Bakı 1998
298) Sekretor çatışmazlıqla gedən xroniki qastrit zamanı sadalananlardan hansı xarakterikdir?
A) Qıcqırma
B) Nəcisdə gizli qanın olması
C) Qəbizlik
D) Meteorizm
E) Lax yumurta iyi verən gəyirmə
Sekretor çatışmazlıqla gedən xroniki qastrit zamanı mədə sekresiyası azalır , qəbul edilmiş qida yaxşı həzm olunmur , mədədə həzm prosesinin pozulması nəticəsində dolma ,dartılma hissi olur. Həzm prosesinin pozulması nəticəsində qida uzun müddət mədədə qalır ,bu da gəyirmə zamanı lax yumurta iyi gəlməsinə səbəb olur.
Ədəbiyyat:Daxili xəstəliklər.F.İ.Komarov ;V.Q.Kukes;A.S.Smetnyovun redaktəsi ilə.Səh. 312. Bakı.“Təbib“1998.
299) Hiperasid qastritdə hansı dərman preparatları təyin edilir?
A) Allaxol
B) Almagel
C) Baralgin
D) No-Şpa
E) Levomisetin
Hiperasid qastrit zamanı mədənin sekretor funksiyası artdığına görə antasid preparatlar : 1-2 doza qaşığı almagel və ya gündə 3-4 dəfə 1qr- dan vikalin təyin edilir
Ədəbiyyat : Daxili xəstəliklər. F.İ.Komarov;V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh. 316.Bakı “Təbib “1998.
300) Hipoasid qastrit zamanı remissiya dövründə əvəzedici terapiya nədən ibarətdir?
A) Almagel
B) Spazmolitin
C) Vikalin
D) Atropin
E) Abomin
Hipoasid qastrit zamanı həzmi yaxşılaşdırmaq məqsədilə xəstəyə əvəzedici terapiya: abomin, betasid və mədə şirəsi təyin edilir.
Ədəbiyyat : Daxili xəstəliklər. F.İ.Komarov;V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh. 316. Bakı. “ Təbib “ 1998.
Dostları ilə paylaş: |