301) Hansı xəstəlikdə mövsümi kəskinləşmə olur?
A) Xroniki kolit
B) Qaraciyər sirrozu
C) Öd daşı xəstəliyi
D) Mədə xərçəngi
E) Xora xəstəliyi
Mədə və 12 barmaq bağırsağın xora xəstəliyi kəskinləşmə və remissiyalarla gedir. Kəskinləşmə əsasən yaz və payız fəsillərində müşahidə olunur. Ona görə də xorası olan xəstələr diaqnoz müəyyən edilən andan və profilaktik müalicə aparılan dövrdə aktiv residiv əleyhinə terapiya aparmaq məqsədilə dispanser müşahidə altında olmalıdırlar. Aktiv residiv əleyhinə terapiya fəsli kəskinləşmədən 1 ay əvvəl aparılır
Ədəbiyyat : Daxili xəstəliklər.F.İ.Komarov;V.Q.Kukes;A.S.Smetnyovun redaktəsi ilə. Səh. 317. Bakı.“Təbib “1998.
302) Hansı bağırsaqdan qanaxma zamanı qətranabənzər nəcis müşahidə edilir?
A) Düz bağırsaq
B) Yoğun bağırsaq
C) Siqmavari bağırsaq
D) 12 barmaq bağırsaq
E) Nazik bağırsaq
12 barmaq bağırsaqdan xora nəticəsində qanaxma olduqda bağırsaq şirəsinin təsirindən hemoqlobin parçalanır ki, bu da nəcisin qətranabənzər şəkildə olmasına səbəb olur.Digər bağırsaqlardan qanaxma olduqda qan parçalanmaya məruz qalmadığına görə rəngini dəyişmir.
Ədəbiyyat:Daxili xəstəliklər:F.İ.Komarov ; V.Q.Kukes ;A.S.Smetnyovun redaktəsi ilə.Səh325. Bakı. “Təbib“1998.
303) Hansı xroniki qastrit mədə xərçənginə gətirib çıxarır?
1. Anasid
2. Hiperasid
3. Normoasid
4. Hipoasid
A) 1,2
B) 3,4
C) 2,3
D) 1,4
E) 1,3
Anasid və hipoasid qastritin rigid formasında əsasən mədə çıxacağı zədələnir. Hipertrofik dəyişikliklər, ödemin inkişafı və əzələlərin spastik yığılması nəticəsində mədə çıxacağı deformasiyalaşır , qalın ,rigid divarlı ,ensiz boruya çevrilir. Bu zaman selikli qişada kəskin degenerativ dəyişikliklər əmələ gəlir ki,bu da bəd xassəli yeni törəmənin inkişafına meyl yaradır
Ədəbiyyat : Daxili xəstəliklər. F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh. 315. Bakı. “Təbib “ 1998.
Dostları ilə paylaş: |