32) Masaj zamanı dəri qıcıqlanmasın deyə nədən istifadə etmək olmaz?
A) Talk tozundan
B) Uşaq tozundan
C) Vazelindən
D) Bitki yağından
E) Sudan
Uzun müddətli masaj zamanı dərinin qıcıqlanmaması üçün talk, bitki yağı, vazelin və uşaq tozundan istifadə edilir. Su massaj zamanı sürtünməni azaltdığı üçün ondan istifadə edilmir.
$$
Ədəbiyyat: Y.İ.Pasınkov. Ümumi fizioterapiya. Səh.279 . “Maarif” Bakı 2008
33) Bədən temperaturu hansı dərəcəyə qalxdıqda xəstənin huşu pozula bilər (C0)?
A) 39,0 – 40,0
B) 38,0 – 38,5
C) 38,5 – 39,0
D) 37,0 - 38,0
E) 40,5 - 41,0
Temperatur 40,0 C0 –ni keçdikdə orqanizmdə zülalların parçalanması baş verir. Bu zaman zülalların parçalanma məhsulları qanla baş beynə gedir və huşun dəyişməsinə, bəzən itməsinə, hətta sayıqlamalara, qarabasmalara(hallüsinasiyalara) səbəb olur.
Ədəbiyyat: Qaqunova Y.Y “Xəstələrə ümumi qulluq”. Səh 125. “Maarif” 1974
34) Hipoqlikemik koma zamanı təxirəsalınmaz yardım vena daxilinə....... yeridilməsindən ibarətdir. Nöqtələrin yerinə uyğun gələn cavabı seçin.
A) Qlükoza
B) Heparin
C) İnsulin
D) Dibazol
E) Kofein
Hipoqlikemik koma zamanı qanda qlükozanın miqdarı azaldığından, vena daxilinə yeridilən qlükoza məhlulu xəstənin vəziyyətini stabilləşdirir.
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.162 “Çıraq” 2008
35) İsti vannaları hansı halda tətbiq etmək olmaz?
A) Xroniki bronxit
B) Yüksək hərarət
C) Kəskin respirator xəstəlik
D) Xroniki rinit
E) Xroniki pnevmoniya
Yüksək hərarətə qızdırmanın II-ci dövründə təsadüf edilir. Xəstənin damarları istinin təsirindən genəlir, istilik əmələgəlmə və istilik vermə artır, xəstə çox tərləyir, ona isti olur. İsti vannaların tətbiqi damargenəldici təsir göstərir.Bu da xəstədə kollapsa səbəb olduğundan əks-göstəriş sayılır.
Ədəbiyyat: C.N. Hacıyev. R.Y.Əliyev. Xəstələrə qulluq. Səh.105 “Təhsil” Bakı1998
Dostları ilə paylaş: |