Feldşer ixtisası üzrə yeni izahlı nümunəvi suallar


) Qəbula 7 yaşlı uşaq gətirilib, sifətin dərisi solğundur, göz qapaqları



Yüklə 416,22 Kb.
Pdf görüntüsü
səhifə2/3
tarix16.01.2020
ölçüsü416,22 Kb.
#30200
1   2   3
2019-12-06 12-04-17


45) Qəbula 7 yaşlı uşaq gətirilib, sifətin dərisi solğundur, göz qapaqları 

şişkindir. Sidik ifrazı azalıb. Ananın dediyinə görə sidiyi bulanıqdır, uşağın 

iştahası pisdir, ürək bulanma və baş ağrısı var. A/T yüksəlib. Hansı 

xəstəlikdən şüphələnmək olar? 

 

7 yaşlı uşaqda müşahidə edilən bu əlamətlər qlomerulonefrit xəstəliyinin 



əlamətləridir.  

 

Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим 



занятиям» стр. 187 

 

46) Uşağın 8 yaşı var. Ananın dediyinə görə uşağın iştahası pisdir, tez 



yorulur, nəcisi rəngsizləşib, sidiyi tündləşib. Müayinədə dəridə sarılıq 

görünür, qaraciyər 3 sm böyüyüb. Hansı xəstəlikdən şüphələnmək olar? 

 

Uşaqda olan əlamətlər – dərinin saralması, qaraciyər böyüməsi, sidik və 



nəcisdəki dəyişiklik virus hepatitinin əlamətləridir. 

 

Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим 



занятиям» стр 188 

 

47) Uşaq 3 aylıqdır. Hər gün uşaqda qaytarma və qusma olur. Uşaq ana 



südü ilə qidalanır. Çəkisi 3650 qrdır (doğulanda çəkisi 3600 qr ) Belə bir 

vəziyyətin yaranmasının səbəbi nədir? 

 

Qusma və qaytarma uşağın 2 - 3 həftəliyindən baş verir. Uşaq yedizdirildikdən 



sonra fəvvarə şəklində qusma baş verir. Belə hal təkrarlandıqda uşaq çəkisini 

itirir. Hipotrofiya baş verir. Bu vəziyyət pilorostenoz adlanır. Müalicəsi cərrahi 

üsulladır.  

 

Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим 



занятиям» стр 189 

 

48) Uşağın 7 yaşı var. Yağlı yeməkdən sonra ürəkbulanmadan, sağ 



qabırğaaltı nahiyədə ağrıdan şikayət edir. Hansı xəstəlikdən şübhələnmək 

olar? 

 

 

11 



 

Yağlı yeməkdən sonra ürəkbulanma və sağ qabırğaaltı nahiyyədə ağrı xolesisitit 

üçün xarakterikdir. Xolestit zamanı qaraciyərin öd ifraz etmə funksiyası pozulur. 

İfraz olunan ödün miqdarı azaldığına görə yağlı qidaların həzmi çətinləşir. 

Nəticədə xəstədə ürəkbulanma ,  sağ qabırğaaltı nahiyədə ağrı əmələ gəlir.  

 

Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим 



занятиям» стр 187 

 

49) Qəbula 10 aylıq uşaq gətirilib. Ananın dediyinə görə iştahası, yuxusu 



pisdir, uşaqda dəri və selikli qişalar solğundur, əzələ tonusu zəifdir. 

Auskultasiyada ürəkdə sistolik küy eşidilir. Dəri və selikli qişalar qurudur, 

ağız bucaqlarında çatlar var.  

 

Yuxarıda göstərilən əlamətlər dəmir defisitli anemiya üçün xarakterdir.  

 

Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим 



занятиям» стр 186 

 

50) Uşağın 6 yaşı var, 1 gün əvvəl xəstələnib. Boğazında ağrı var. Hərarət 38





C - dir . Dəridə nöqtəvari səpkilər var . Hansı xəstəlikdən şüphələnmək olar? 

 

Yuxarıda qeyd edilən əlamətlər skarlatina üçün xarakterdir. 

 

Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим 



занятиям» стр 188 

 

51) Xəstəxanaya 5 aylıq uşaq gətirilib. Süni qidalanır. 3 gündür xəstədir. 



Sutkada 5 - 6 dəfə qusma, 8 - 10 dəfə sulu duru nəcis ifrazı olur. Hərarət 38



C. Uşağın vəziyyəti ağırdır, çəki 800 qr itirilib, əzələ tonusu və dərinin 

turqoru azalıb. Hansı xəstəlikdən şüphələnmək olar? 

 

Yuxarıda göstərilən əlamətlər toksik dispepsiyaya məxsus klinik əlamətlərdir.  

 

Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим 



занятиям» стр 189 

 

52) Xəstəxanaya 10 yaşlı uşaq gətirilib. Huşu itib, nəbzin dəqiqəlik sayı 140, 



tənəffüsün dəqiqəlik sayı 35- dir. 3 gündür xəstədir. Xəstəlik qusma ilə 

başlayıb. Sidi yin müayinəsində şəkər və aseton tapilib. Klinik diaqnoz  

aşağıdakılardan hansı ola bilər? 

 

Yuxarıda qeyd edilən əlamətlərdən məlum olur ki, uşaqda şəkərli diabet var . 



Hiperqlikomik koma qanda şəkərin  miqdarının normadan yüksək olması 

 

 

12 



nəticəsində əmələ gəlir. Bunun baş vermə səbəbi insulin çatışmazlığıdır. Məhz 

buna görə də ilk yardım olaraq insulin vurulmalıdır.  

 

Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим 



занятиям» стр 188 

 

Ədəbiyyat: N. N. Əliyev. M. M. Muxtarov Yoluxucu xəstəliklər. Bakı 1993 səh. 



178 

 

53) Uşaq 3 yaşındadır. Bağçaya gedir. Xəstəliyi kəskin başlayıb, hərarəti 38, 



5

0

C, qarnında ağrı var, 1 dəfə qusub. Uşaqda tez - tez selik və qanla qarışıq 

nəcis ifrazı var, uşaq narahatdır, gücənir, defekasiya ağrılıdır. Uşaq hansı 

xəstəlikdən əziyyət çəkir? 

 

Anamnezə və şikayətlərinə görə: qarında ağrı, 1 dəfə qusma, tezləşmiş və selikli - 



qanlı nəcis ifrazı, gücənmə, narahatlıq və s. əlamətlərə əsasən dizenteriyanın 

olmasından şübhələnmək olar.Bu zaman xəstəni hospitalizasiya  etmək lazımdır.  

 

Ədəbiyyat: N. N. Əliyev. M. M. Muxtarov Yoluxucu xəstəliklər. Bakı 1993 səh. 



49 

 

54) Ana 5 yaşlı uşağının bədənində səpkilər olduğundan şikayət edir. Uşaq 

bağçaya gedir, oradakı bütün uşaqlarda  da belə səpkilər olduğunu  qeyd 

edir. Uşağın temperaturu normaldır, üzündə, bədənində və ətrafında xırda 

papulyoz çəhrayı səpkilər var, dərinin rəngi dəyişib. Boyun arası limfa 

vəziləri əllənir, ağrısızdır. Əsnək qızarmışdır. Hansı xəstəlikdən 

şübhələnmək olar? 

 

Uşağın vəziyyəti kafidir. Epidemik vəziyyətə, xəstənin şikayəti və anamnezə 



əsasən məxmərək diaqnozu qoymaq olar. Bütün bədəndə normal temperaturda 

xırda papulyoz çəhrayı səpkilərin olması , boyunətrafı limfa vəzilərinin böyüməsi, 

ağrısız olması kimi simptomlar məxmərək üçün xarakterikdir.  

 

Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 



497 

 

 



55) Pasternatski simptomu hansı üsulla  yoxlanılır? 

 

Pasternadski simptomu pielonefrit xəstəliyi zamanı yoxlanılır və müsbət olur. 



Pieolonefrit zamanı iltihabı prosesə böyrək ləyəni və kanalı da cəlb olunduğuna 

görə  belə ağrılar olur. Xəstənin bel nahiyəsini döyəclədikdə bu ağrı daha da 

artır.  

 

Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 



 

 

13 



422 

 

56) Qlomerulonefrit xəstəliyi keçirmiş uşaqlar neçə il dispanser nəzarətdə 



saxlanılır? 

 

Qlomerulonefrit immunoallergik xəstəlikdir,  bu zaman prosesə böyrək toxuması 



qoşulur. β hemolitik  streptokokkların A - qrupu xəstəliyi törədir. Uşaqlarda ağır 

gedişli olur. Belə uşaqlar stasionar və ambulator müalicədən sonra 5 il 

müddətində dispanser qeydiyyatında saxlanılır və 3 ayda bir müayinədən keçirir.  

 

Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 



433 

 

57) Qlomerulonefrit xəstəliyi iə stasionardan evə yazılan uşaq neçə müddət 



ambulator müalicə almalıdır? 

 

Qlomerulonefrit uşaqda ağır gedişli olduğuna  və residiv verici xüsusiyyətə malik 



olduğu üçün, belə uşaq stasionardan sonra 6 - 10 aydan 2 - 3 yaşa kimi 

ambulator müalicə almalıdır. 5 il isə dispanser qeydiyyatında olur.  

 

Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 

433 

 

58) Yenidoğulmuş uşağın çəkisi ən az nə neçə qramdan aşağı olduqda bağlı 



küvezə qoyulur? 

 

Çəkisi 1500qr - dan az olan və ağır vəziyyətdə olan yenidoğulmuş ilk günündən 



qapalı küvezə qoyulur. Bu zaman küvezin tmperaturu 30 - 35



C olur.  

 

Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 



116 

 

59) Uşaqlarda disbakteriozun müalicəsində təyin edilir.  

 

 

Uşaqlarda antibakterial müalicədən, əsasən mədə - bağırsaq  infeksiyalarından 

sonra bağırsaq florası pozulur, disbakterioz əmələ gəlir. Bunun qarşısını amaq 

üçün bioloji preparatlar: bifidobakterin, bifikol, kolibakterin və s. təyin olunur.  

 

Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 



568 

 

60) Fellinq sınağı hansı xəstəliyin diaqnostikası məqsədilə aparılır? 

 

 


 

 

14 



Fenilketonuriya maddələr mübadiləsi pozğunluğu olub, fenilalaninin tirozinə 

keçməsinə kömək edən fermentin defisiti zamanı baş verir. Nəticədə bu fermentin 

qanda miqdarı artır, fenilpiroüzüm şəklində sidiklə xaric olur. Bu isə Fellinq 

sınağı vasitəsilə aşkar edilir. Bunun üçün sidiyə və ya sidikli əskiyə 10% li dəmir 

-  xlorid məhlulu əlavə edilir, yaşılımtıl göy rəng sınağın müsbət olduğunu 

göstərir. 

 

Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва1986. стр. 

203 

 

61) Uşaqlarda revmatik xoreya özünü hansı şəkildə biruzə verir? 



 

Revmatik xoreya - Beynin revmatik zədələnməsi nəticəsində baş verir. Adətən 

tədricən başlayır: ümumi vəziyyət pisləşir, uşaq ağlağan, əsəbi olur, yuxusu 

pozulur. Xoreyanın əsas əlaməti olan hiperkinezlər baş verir: ayrı - ayrı əzələ 

qruplarında  qeyri - iradi hərəkətlər edir.  

 

Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 



264 

 

62) Revmatizmin ikincili profilaktikası hansı preparatla aparılır? 

 

 

Revmatizmin ikincili profilaktikası residivlərin qarşısını almaq üçün aparılır. Bu 



məqsədlə bisilin - 5 və asetil salisil turşusu təyin edilir və xəstə uşaq dispanser 

qeydiyyata götürülür.  

 

Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 

267 

 

63) İntoksikasiya , qarında və beldə ağrı, Pasternadski simptomunun  (+) 



olması böyük yaşlı uşaqlarda hansı xəstəliyin mövcud olduğunu göstərir.  

 

 



Kəskin piolonefritdə temperatur 38 - 40 

o

C - yə qədər yüksəlir, iştaha pozulur, 

bəzən mədə - bağırsaq pozğunluqları aşkara çıxır, sidik ifrazı çətinləşir. Uşaq 

qarnında və belində ağrılardan şikayət edir. Pasternadski simptomu müsbət olur.  

 

Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 



423 

 

64) Dehidratasiya zamanı  uşağa  per os nə təyin olunur? 

 

Bağırsaq infeksiyaları zamanı uşaqda baş verən dehidratasiya nəticəsində 

orqanizmdə su - duz mübadiləsi pozulur, K və Na elementlərinin defisiti baş verir. 


 

 

15 



Dehidratasiya  zamanı uşağa "Oralit", "Rehidron" verilir.  

 

Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 



564 

 

65) Aşağıdakılardan hansı yenidoğulmuş üçün xarakterikdir? 

 

 

Yenidoğulmuş uşağın ayağı çətinliklə bükülür, əzələ gərginliyi olur. Bu isə 



yenidoğulmuş uşaqda bükücü əzələlərin hipertoniyası olduğunu göstərir.  

 

Ədəbiyyat: Y. P. Bisyarina . Uşaqların anatom - fizioloji xüsisiyyətləri. səh. 119 



 

66) Uşaqlarda süd dişlərinin daimi dişlərlə əvəz olunması nə vaxt başa çatır? 

 

Uşaqlarda dişlər 6 - 7 aylıqdan çıxmağa başlayır. 5 - 7 yaşdan isə süd dişləri 



daimi dişlərlə əvəz olunmağa başlayır. Bu proses 11 - 12 yaşda başa çatır.  

 

Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 

50 

 

67) Uşaqlarda pankreatit necə xəstəlikdir? 



 

Uşaqlarda pankreatit iltihabi - distrofik xəstəlik olub, tədricən başlayır, uzun 

gedişli olur və ciddi müalicə tələb edir.  

 

Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 



408 

 

68) Sol döş qəfəsinə irradiasiya edən kəmərvari ağrı hansı xəstəlik üçün 



xarakterikdir? 

 

 



Pankreatit mədəaltı vəzin iltihabi xəstəliyi olub, klinik əlaməti qarnın yuxarı 

hissəsində ağrının olmasıdır. Uşaq narahat our, qarnına sıxılmış və ya sol böyrü 

üstə bükülmüş vəziyyət alır. Bu ağrılar tutma şəkilli olur. Kəmərvari ağrı sol 

qola, sol döş qəfəsinə irradiasiya edir.  

 

Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 



407 

 

69) Pielonefrit zamanı xəstəliyin hansı dövründə ciddi yataq rejimi təyin 



edilir.  

 

 



 

 

16 



Pielonefrit xəstəliyində əsasən müalicə infeksiya əleyhinə aparılır. Xəstəliyin 

kəskin dövründə kompleks müalicə ilə yanaşı xəstəyə ciddi yataq rejimi təyin 

edilir.  

 

Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 



424 

 

70) Follikulyar anginanın diaqnostikası məqsədilə nə etmək lazımdır? 

 

 

Difteriya xəstəliyinin əsas simptomlarından biri follikulyar anginadır. Ona görə 



də uşaqda follikulyar angina diaqnozu qoyulubsa , mütləq badamcıqlardan 

yaxma götürülür. Difteriya xəstəliyini difteransasiya etmək üçün yaxmada  Loffler 

çöplərinin olub- olmaması  yoxlanılır.  

 

Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 



529 

 

71) Bağırsaq infeksiyası aşkar olunmuş ocaqda neçə gün karantin saxlanılır? 

 

 

Bağırsaq infeksiyası ilə xəstələnmiş uşaqla təmasda olan uşaqlar 7 gün nəzarətə 



götürülür və bir dəfə bakterioloji müayinə aparılır.  

 

Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 



568 

 

72) Uşaqlarda öd kisəsi və öd yollarının birgə iltihabı necə adlanır? 

 

Öd kisəsinin iltihabı xolesistit, öd yollarının iltihabı xolangit, onların birgə 

iltihabı isə xolesistoxolangit adlanır.  

 

Ədəbiyyat: A. A. Əyyubova. Uşaq xəstəlikləri . Bakı 2008. səh. 108 



 

73) Qızdırma, təngnəfəslik, öskürək hansı xəstəlik ücün xarakterdir? 

 

Pnevmoniya polietioloji xəstəlik olub, uşaqlar arasında geniş yayılmışdır. 



Gedişinə görə kəskin və xroniki olur. Kəskin pnevmoniya ücün qızdırma, 

təngnəfəslik və öskürək xarakterikdir.  

 

Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 



162 

 

74) Doğuş travması nəticəsində mərkəzi sinir sisteminin zədələnməsinin əsas 



səbəbi nədir? 

 

 

17 



 

 

Doğuş travması nəticəsində mərkəzi sinir sisteminin zədələnməsinin əsas səbəbi 



hipoksiyadır. Səbəbi antenatal və intranatal dövrdə qısa, uzun müddətdə dölün 

oksigen aclığı və doğuş vaxtı aldığı zədə ola bilər. 

 

Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 

120 

 

75) Döşdə qalan südün sağılmasında məqsəd nədir? 



 

 

Uşaq əmizdirildikdən sonra döşdə qalan süd sağılmalıdır kı, süd ifrazı artsın. Əks 



hal südün azalmasına, yəni hipoqalaktiyaya səbəb ola bilər.  

 

Ədəbiyyat: Y. P. Bisyarina . Uşaqların anatomik - fizioloji xüsisiyyətləri. səh. 180 



 

76) Yenidoğulmuş  qızlarda sidik kanalının uzunluğu necə sm - dir? 

 

Yenidoğulan qızlarda sidik kanalının uzunluğu 1 - 2 sm. olur.  

 

Ədəbiyyat: Y. P. Bisyarina . Uşaqların anatom ik - fizioloji xüsisiyyətləri. səh. 



177 

 

77) Yenidoğulmuş oğlan uşağında sidik kanalının uzunluğu neçə sm olur?  

 

 

Yenidoğulmuş oğlan uşağında fizioloji olaraq sidik kanalının uzunluğu 5 - 6 sm 



olur.  

 

Ədəbiyyat: Y. P. Bisyarina . Uşaqların anatomik  -  fizioloji xüsisiyyətləri. səh. 



177 

 

 



78) Anadangəlmə ürək qüsurunun əsas müalicəsi necə aparılır? 

 

 



Anadangəlmə ürək qüsurunun əsas müalicəsi cərrahi yolladır.  

 

Ədəbiyyat: A. A. Əyyubova. Uşaq xəstəlikləri . Bakı 2008. səh. 218 



 

79) Revmatik endokarditdə ürəyin hansı qapaqları zədələnir? 

 

Revmatizm ürəyin bütün qişalarını zədələyir - nəticədə endokardit, miokardit, 



perikardit əmələ gəlir. Endokardit daxili qişanın iltihabıdır. Endokardit 

 

 

18 



nəticəsində ürəyin mitral qapaqları zədələnir.  

 

Ədəbiyyat: A. A. Əyyubova. Uşaq xəstəlikləri . Bakı 2008. səh. 228 



 

80) Uşaqda arterial təzyqin aşağı olması nə ilə əlaqədardır? 

 

Uşaqlarda arterial təzyiqin aşağı olması , ürək - damar sisteminin anatomik - 



fizioloji xüsusiyyəti ilə əlaqədardır. Uşaqlarda arteriyalar geniş, sol mədəciyin 

həcmin kiçik olduğundan  ürəyin qanvurma qabiliyyəti zəif olur. Bu səbəbdən də 

uşaqlarda arterial təzyiq aşağı olur.  

 

Ədəbiyyat: Y. P. Bisyarina . Uşaqların anatom - fizioloji xüsisiyyətləri. səh. 132 



 

81) Uşaqlarda döş kifozu necə aylıqda əmələ gəlir? 

 

 



Bir yaşa qədər uşaqlarda sümük toxuması su və üzvi maddalərlə zəngin, mineral 

maddalər isə az olur. Bu səbəbdən də uşaq oturmağa, yeriməyə, gəzməyə 

başlarkən onun onurga sütununda əyriliklər əmələ gəlir . Döş kifozu uşağın 6 - 7 

aylığında baş verir.  

 

Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 



50 

 

82) Südəmər uşaqlarda rinit zamanı tənəffüsün pozulması nə ilə müşahidə 



olunur? 

 

Rinit burnun selikli qişasının iltihabı xəstəliyi olduğuna görə, bu zaman selikli 



qişa şişir. Uşağın burnu tutulduğundan, əmmə zamanı nəfəs alma çətinləşdiyi 

üçün döşü əmə bilmir.  

 

Ədəbiyyat: Y. P. Bisyarina . Uşaqların anatomik - fizioloji xüsisiyyətləri. səh. 23 



 

83) Larinqotraxeitin ağırlaşması nədir? 

 

Larinqotraxeit - qırtlağın və nəfəs borusunun birgə iltihabıdır. Bu zaman 



qırtlağın selikli qişası və səs telləri şişir, qırtlaq daralır, tənəffüs çətinləşir - 

yalançı inaq əmələ gəlir.  

 

Ədəbiyyat: Y. P. Bisyarina . Uşaqların anatom - fizioloji xüsisiyyətləri. səh. 21 



 

84) Uşaqlarda burun - udlaq keçəcəyinin iltihabı necə adlanır? 

 

Nazofaringit burun - udlaq keçəcəyinin iltihabıdır. Uşaqlarda orqan və  sistemlər 



müəyyən yaşa qədər funksional cəhətdən tam yetişmədiyinə görə bir orqan 

 

 

19 



zədələndikdə, digəri də bu prosesə qoşulur. Məsələn: uşaqda burun boşluğunun 

iltihabına burun - udlaq keçəcəyi də qoşulur ki, nəticədə nazoofaringit əmələ 

gəlir.  

 

Ədəbiyyat: Y. P. Bisyarina . Uşaqların anatom - fizioloji xüsisiyyətləri. səh. 21 



 

85) Mərkəzi sinir sisteminin zədələnməsi zamanı ürək fəaliyyətini 

tənzimləmək üçün hansı istifadə olunur? 

 

Korqlükon ürək qlukozidlərindən biri oub ürək fəaliyyətini normallaşdırmaq üçün 



geniş tətbiq edilən preparatdır. Ən güclü kardiotonik təsirə malikdir.  

 

Ədəbiyyat: Ə. Tağıyev. Neonatalogiya. səh. 467 



 

 

86) Travma zamanı yalnız sınığa xas olan əlamət hansıdır? 

 

Sınıq nahiyəsi palpasiya edildikdə sınmış sümük qırıntıları qar xışıltısına bənzər 

xarakterik səs yaradır və bu krepitasiya adlanır.  

 

Ədəbiyyat: “Tibb bacısının məlumat kitabı”. “Çıraq” nəşriyyatı 2008. Səh. 256 



 

87) Bədxassəli şişə məxsus əlamət hansıdır? 

 

Xoş xassəli şişlər məhdud nahiyəni əhatə edir, ətraf toxumalara yayılmır. Bəd 



xassəli şişlər isə ətraf toxumalara sirayət edərək metastaz verir.  

 

Ədəbiyyat: H. A. Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 165 

 

88) Trizm hansı xəstəliyə məxsusdur? 

 

Tetanus zamanı çeynəmə əzələlərinin qıcolması baş verir ki, bu əlamət trizm 



adlanır. 

 

Ədəbiyyat: H. A. Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 149 



 

89) İrinli yaraya drenaj boru nə üçün qoyulur? 

 

 



İrinli yaraların sağalması üçün yara möhtəviyyatı xaric olunmalıdır ki, bu da 

drenaj borular vasitəsilə həyata keçirilir.  

 

Ədəbiyyat: H. A. Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 130 



 


Yüklə 416,22 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin