Feldşer ixtisası üzrə yeni nümunəvi suallar


) Uşağın 2 yaşı var , qriplə xəstələnib. Uşaq öskürür, öskürəklə yanaşı xırıltı və fit verici nəfəsvermə müşahidə edilir. Xəstəyə hansı diaqnozu qoymaq olar?



Yüklə 328 Kb.
səhifə16/74
tarix02.01.2022
ölçüsü328 Kb.
#1376
1   ...   12   13   14   15   16   17   18   19   ...   74
37) Uşağın 2 yaşı var , qriplə xəstələnib. Uşaq öskürür, öskürəklə yanaşı xırıltı və fit verici nəfəsvermə müşahidə edilir. Xəstəyə hansı diaqnozu qoymaq olar?

Obstruktiv bronxitə daha çox kiçik yaşlı uşaqlar arasında rast gəlinir. Xəstəlik rinit, faringit, qrip əlamətləri ilə başlayır. Öskürəklə yanaşı ağciyərlərdə xırıltılar baş verir. Hərdənbir nəfəsvermə zamanı fitverici tənəffüs olur.
Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр. 186

38) Aşağıda göstərilən əlamətlərdən hansı 4 aylıq uşaq üçün fizioloji hal hesab edilir?
4 aylığında uşaqda ağız suyu vəzilərinin funksional fəaliyyəti artdığına görə, onun ağzından selikli ifrazat axır.
Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр. 186
39) 10 günlük yenidoğulmuşun göbək yarasından irinli ifrazat gəlir. Uşaq döşü zəif götürür. Hərarəti 38 - 390 - dir. Göbək ətrafında qızartı və şişkinlik var. Aşağıdakılardan hansından şüphələnmək olar?
Omfalit göbəyin iltihabıdır. Bu göbəyə düzgün və gigiyenik qulluq edilmədikdə əmələ gəlir. Ona göbəyə qulluq edərkən aseptika və antiseptika qaydalarına ciddi əməl edilməlidir.
Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр. 186
40) Uşaq 7 aylıqdır, inək südü, mannı sıyığı ilə qidalanır. 3200qr. çəki ilə doğulub hazırda 6000 qramdır, oturmur, dişləri yoxdur. Boynunu 3 aylıqdan duz tutur, döş qəfəsi bir qədər batıqdır. Hansı xəstəlikdən şüphələnmək olar?
Uşaq süni qidalanıb, çəkisi pis artıb, döş qəfəsi batıqdır, dişi yoxdur. Boynunu gec saxlayıb və s. Bunlar raxitə məxsus əlamətlərdir.
Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр. 187
41) Uşağın 1 yaşı var. Hərarəti 38O C – dir. Tez - tez selikli – qanlı nəcis ifraz edir. Uşaqda tenezmlər var. Dəri avazımış , əzələ tonusu azalmış, ümumi arıqlama görünür. Hansı xəstəlikdən şüphələnmək olar?
Selik - qanlı nəcis ifrazı və tenezmlər (gücənmə) dizenteriya infeksiyasına xas olan əlamətdir.
Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр. 187
42) 5 aylıq uşaqdır. Hərarəti 390 C - dir . Tənəffüsü çətinləşib, ağız - burun ətra - fında göyərmə var, dəri solgundur, ağciyər üzərində quru və yaş xırıltılar eşidilir. İlk növbədə hansı xəstəlikdən şüphələnmək olar?
Hərarət, təngnəfəslik, öskürək , ağız – burun ətrafında sianoz, ağciyərlər üzərində xırıltılar pnevmoniya üçün xarakterikdir.
Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр. 188
43) Uşaq 3 günlükdür. 2000 qr çəki ilə doğulub. Anadangəlmə refleksləri zəifdir, döşü tuta bilmir. Dərisi sianozlu və tüklüdür, Dərialtı piy qatı sifət və ətraflarda azdır. Bu uşaq haqqında aşağıdakı fikirlərdən hansı doğrudur ?
Yuxarıda qeyd edilən əlamətlər çəki azlığı, reflekslərin zəifliyi, dərinin sianozlu və tüklü olması və s vaxtından əvvəl doğulmuş uşağa aiddir.
Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр. 189

Yüklə 328 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin