49) Uşağın 7 yaşı var. Yağlı yeməkdən sonra ürəkbulanmadan, sağ qabırğaaltı nahiyədə ağrıdan şikayət edir. Hansı xəstəlikdən şübhələnmək olar? Yağlı yeməkdən sonra ürəkbulanma və sağ qabırğaaltı nahiyyədə ağrı xolesisitit üçün xarakterikdir. Xolestit zamanı qaraciyərin öd ifraz etmə funksiyası pozulur. İfraz olunan ödün miqdarı azaldığına görə yağlı qidaların həzmi çətinləşir. Nəticədə xəstədə ürəkbulanma , sağ qabırğaaltı nahiyədə ağrı əmələ gəlir. Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр 187
50) Qəbula 10 aylıq uşaq gətirilib. Ananın dediyinə görə iştahası, yuxusu pisdir, uşaqda dəri və selikli qişalar solğundur, əzələ tonusu zəifdir. Auskultasiyada ürəkdə sistolik küy eşidilir. Dəri və selikli qişalar qurudur, ağız bucaqlarında çatlar var. Yuxarıda göstərilən əlamətlər dəmir defisitli anemiya üçün xarakterdir. Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр 186