79) Uşaqlarda öd kisəsi və öd yollarının birgə iltihabı necə adlanır? Öd kisəsinin iltihabı xolesistit, öd yollarının iltihabı xolangit, onların birgə iltihabı isə xolesistoxolangit adlanır. Ədəbiyyat: A. A. Əyyubova. Uşaq xəstəlikləri . Bakı 2008. səh. 108
80) Uşaqlarda qanın bəd xassəli xəstəliyinə hansı aiddir? Leykoz agır bəd xassəli qan xəstəliyidir. Bu xəstəlik zamanı sümük iliyində qaraciyərdə, dalaqda patoloji qanyaranma baş verir. Xarakter əlamət sümük iliyində blast hüceyrələrin tapılmasıdır. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 361