83) Döşdə qalan südün sağılmasında məqsəd nədir? Uşaq əmizdirildikdən sonra döşdə qalan süd sağılmalıdır kı, süd ifrazı artsın. Əks hal südün azalmasına, yəni hipoqalaktiyaya səbəb ola bilər. Ədəbiyyat: Y. P. Bisyarina . Uşaqların anatom - fizioloji xüsisiyyətləri. səh. 180
84) Yenidoğulan qızlarda sidik kanalının uzunluğu necə sm - dir? Yenidoğulan qızlarda sidik kanalının uzunluğu 1 - 2 sm. olur. Ədəbiyyat: Y. P. Bisyarina . Uşaqların anatom - fizioloji xüsisiyyətləri. səh. 177
85) Yenidoğulmuş oğlan uşağında sidik kanalının uzunluğu neçə sm olur?
Yenidoğulmuş oğlan uşağında fizioloji olaraq sidik kanalının uzunluğu 5 - 6 sm olur. Ədəbiyyat: Y. P. Bisyarina . Uşaqların anatom - fizioloji xüsisiyyətləri. səh. 177
86) Anadangəlmə ürək qüsurunun əsas müalicəsi necə aparılır? Anadangəlmə ürək qüsurunun əsas müalicəsi cərrahi yolladır. Ədəbiyyat: A. A. Əyyubova. Uşaq xəstəlikləri . Bakı 2008. səh. 218