107) Tetanus üçün xarakterik olmayan əlamət hansıdır? “Kip sarğı” hissiyatı qazlı qanqrenaya xarakterik əlamət olduğuna görə tetanusa aid deyil. Ədəbiyyat: H. A. Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 149
108) Hansı hallarda qanqrena əleyhinə zərdabdan istifadə olunur ? Aşağı ətrafın çirklənmiş yaralanmalarında anaerob infeksiya təhlükəsi olduğuna görə qanqrenanın profilaktikası məqsədilə qanqrena əleyhinə zərdab vurulmalıdır. Ədəbiyyat: H. A. Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh.
109) Paranefral blokada üçün novokainin neçə % - li məhluldan istifadə olunur? Paranefral blokada zamanı çox miqdarda novakain istifadə olunduğu üçün zəhərlənmə əmələ gəlməsin deyə yalnız novakainin 0, 25% - li məhlulundan istifadə olunur. Ədəbiyyat: S. İmamverdiyev. Uralogiyada tibb bacısının işi. (səh - 45) 110) Furunkul nədir? Furunkul tük follikulunun iltihabıdır kəskin cərrahi yerli infeksiyalara aid olub tük follikulunun iltihabıdır. Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 271)