114) Flukutasiya nədir? İnfiltrativ proses inkişaf etdikcə infiltrasiyanın mərkəzində yumşalma əmələ gəlir. Yumşalma nahiyyəsinə ehtiyatla əllə toxunduqda zəif dalğavari hərəkət əmələ gəlir ki, bu fluktasiya adlanır. Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 271) 115) Pandaktilit nəyin iltihabıdır? Pandaktilitbarmağın bütün toxumalarının iltihabıdır. Adətən paronixiyalardan sonra inkişaf edir. Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 260) 116) Aşağıdakı əlamətlərdən yemək borusu xərçənginə aid xarakterik əlamət hansıdır? Yemək borusu xərçəngi zamanı xarakterik əlamət udmanın çətinləşməsidir , bu disfagiya adlanır. Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 275)