123) Süd vəzisinin xərçənginə şübhə olduqda hansı müayinə aparılır?
Süd vəzinin xərçəngində şübhə olduqda xəstə biopsiya, mamoqrafiya, palpasiya, həmçinin ultra səs müayinəsi aparılmalıdır. Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 277) 124) “Qatranvari” nəcisi olan xəstəyə nə etmək lazımdır? “Qətranvari” nəcis mədə qanaxmasının əlaməti olduğuna görə xəstə təcili hospitalizə olunmalıdır. Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 290) 125) Əzələdaxili inyeksiyaları harada vurmaq olar? Əzələ daxili inyeksiyalar aseptik qaydalar gözlənilməklə bütün sadalanan yerlərdə yerinə yetirilə bilər. Ədəbiyyat: S. A. Aqkatsyeva. Tibb bacısının işində praktik vərdişlər (səh - 159) 126) 2% - li “Lizetol” - AF məhlulunda metal alətlər neçə dəqiqə saxlanılmalıdır? Metal və şüşədən hazırlanmış alətlər 60 dəqiqə müddətində 2% - li lizetol məhlulunda saxlanılmalıdır. Ədəbiyyat: S. A. Aqkatsyeva. Tibb bacısının işində praktik vərdişlər (səh - 88)