117) Paraproktit zamanı hansı yerli əlamət olur? Paraproktit anus ətrafı vəzilərin iltihabı xəstəliyidir. Anus ətrafında defekasiya zamanı güclənən ağrı ilə müşayiət olunur. Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 285) 118) Donmaların hansı dərəcələri ambulator şəraitdə müalicə oluna bilər? I və II dərəcəli donmalar yüngül donmalar sayıldığına görə və nekrotik proses inkişaf etmədiyinə görə ambulator şəraitdə müalicə oluna bilər. Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 270) 119) Hemostaz üçün az miqdarda qan nə məqsədlə köçürülür? Hemostaz - qanaxmanı dayandırmaq məqsədilə 80 - 100 ml qan köçürülür. Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 288) 120) Qanköçürməyə əks göstəriş hansıdır? Qaraciyərin ağır funksional pozğunluğu zamanı qan köçürmə xəstədə həyatı təhlükə yaratdığına görə əks göstərişdir. Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 279)