73) Uşaqlarda süd dişlərinin daimi dişlərlə əvəz olunması nə vaxt başa çatır? Uşaqlarda dişlər 6 - 7 aylıqdan çıxmağa başlayır. 5 - 7 yaşdan isə süd dişləri daimi dişlərlə əvəz olunmağa başlayır. Bu proses 11 - 12 yaşda başa çatır. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 50
74) Uşaqlarda pankreatit necə xəstəlikdir? Uşaqlarda pankreatit iltihabi - distrofik xəstəlik olub, tədricən başlayır, uzun gedişli olur və ciddi müalicə tələb edir. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 408
75) Sol döş qəfəsinə irradiasiya edən kəmərvari ağrı hansı xəstəlik üçün xarakterikdir?
Pankreatit mədəaltı vəzin iltihabi xəstəliyi olub, klinik əlaməti qarnın yuxarı hissəsində ağrının olmasıdır. Uşaq narahat our, qarnına sıxılmış və ya sol böyrü üstə bükülmüş vəziyyət alır. Bu ağrılar tutma şəkilli olur. Kəmərvari ağrı sol qola, sol döş qəfəsinə irradiasiya edir. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 407
76) Pielonefrit zamanı xəstəliyin hansı dövründə ciddi yataq rejimi təyin edilir.
Pielonefrit xəstəliyində əsasən müalicə infeksiya əleyhinə aparılır. Xəstəliyin kəskin dövründə kompleks müalicə ilə yanaşı xəstəyə ciddi yataq rejimi təyin edilir. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 424