87) Revmatik endokarditdə ürəyin hansı qapaqları zədələnir? Revmatizm ürəyin bütün qişalarını zədələyir - nəticədə endokardit, miokardit, perikardit əmələ gəlir. Endokardit daxili qişanın iltihabıdır. Endokardit nəticəsində ürəyin mitral qapaqları zədələnir. Ədəbiyyat: A. A. Əyyubova. Uşaq xəstəlikləri . Bakı 2008. səh. 228
88) Uşaqda arterial təzyqin aşağı olması nə ilə əlaqədardır? Uşaqlarda arterial təzyiqin aşağı olması , ürək - damar sisteminin anatomik - fizioloji xüsusiyyəti ilə əlaqədardır. Uşaqlarda arteriyaların geniş, sol mədəciyin həcminin kiçik olduğuna görə ürəyin qanvurma qabiliyyəti zəif olur. Bu səbəbdən də uşaqlarda arterial təzyiq aşağı olur. Ədəbiyyat: Y. P. Bisyarina . Uşaqların anatom - fizioloji xüsisiyyətləri. səh. 132