151) İlan sancması zamanı aşağıdakı hansı tədbiri həyata keçirmək olmaz? İlan sancması zamanı ilk yardım məqsədilə dişlənmiş yara nahiyəsinə kalium permanqanat məhlulu ilə isladılmış aseptik sarğı qoyularaq, immobilizasiya şinalarından istifadə edilir. Sonra əzələ daxilinə ilan zəhərinə qarşı spesifik zərdab (10 - 30 ml) vurulur. Heparin işlədilməsi əks göstərişdir. Ədəbiyyat: B. D. Komarov. (səh - 283) 152) Yanıq şoku zamanı ağrıkəsici təsirli narkotik preparatların hansı nahiyyəyə yeridilməsi məqsədəuyğundur? Yanıq şoku zamanı ağrıkəsici narkotiklər morfin, omnopon, promedol, fentanil işlədilir. Şok zamanı toxumalardan dərmanların sorulması ləng getdiyi üçün bu preparatların vena daxilinə yeridilməsi məqsədə uyğundur. Yaşlı insanlara və 3 yaşına qədər uşaqlara vena daxilinə işlədilməsi təhlükəlidir. Ədəbiyyat: B, D, Komarov. (səh - 74) 153) Yanıq şoku zamanı yaşlı insanlara və uşaqlara narkotiklər vena daxilinə necə işlədilir? Yanıq şoku zamanı yaşlı insanlara və uşaqlara ilk yardım məqsədilə narkotiklər ehtiyatla, 1 ml narkotik analgetik, 5 ml izotonik natrium xlor məhlulu ilə qarışdırılaraq, nəzarətlə antihistamin preparatlardan 1 ml əlavə edilməklə işlədilir. Ədəbiyyat: B. D. Komarov. (səh - 74) 154) Qələvilərlə yanıq sahəsini neytrallaşdırmaq məqsədilə sirkə turşusunun neçə faizli məhlulundan istifadə edilir? Qələvilərlə yanıq sahəsini neytrallaşdırmaq məqsədilə sirkə turşusunun 1% - li məhlulundan və ya 0. 5% - li bor turşusu məhlulundan istifadə edilir. Ədəbiyyat: İnkova A. N. (səh - 132)