192) Ekzema xəstəliyinin müalicəsində istifadə olunmur. Ekzema xəstəliyinin müalicəsində ilk növbədə allergenlə kontakt kəsilməlidir. Hiposensibilizasiya məqsədilə natrium və kalsium preparatlarının (Natrium tiosulfat, Kalsium qlükonat və s) , antihistaminlərin (Klaritin) , sedativlərin, bəzən isə kortikosteroidlərin birgə balanslaşdırılmış tətbiqi effektiv müalicə kimi qiymətləndirilir.
Ədəbiyyat: Б. И. Зудин. Кожные и венерические болезни. Москва - «Медицина» 1990 (səh. 43)
193) Qırmızı yastı dəmrova aşağıdakılardan hansı aid deyil?
Qırmızı yastı dəmrov mum kimi parlaq, yastı papullardan ibarət papullarla özünü göstərir. Papulların ortasında çökəklik olması bu xəstəliyə xarakterikdir. Bu və ya digər dərəcəli qaşınma həmişə mövcud olduğu üçün çox zaman nevrotik vəziyyətə səbəb olur. Tipik lokalizasiyası – mil - bilək nahiyəsi, saidin, baldırın bükücü səthi, xarici cinsiyyət üzvləri və ağız boşluğudur. Uikxem toru – papul üzərində tor şəkli xarakterikdir. Etiologiyası az öyrənilib - bir sıra dərmanların qəbulundan əmələ gələ bilər.
Ədəbiyyat: Б. И. Зудин. Кожные и венерические болезни. Москва - «Медицина» 1990 (səh. 64)