198) Qonoreyanın inkubasiya dövrü orta hesabla neçə gündür? Qonoreya infeksion zöhrəvi xəstəlik olub xəstənin sidik - сinsiyyət üzvlərininin selikli qişasını zədələyir. Törədiсiləri – qonokokklardır. İnkubasiya dövrü 3 - 5 gündür.
Ədəbiyyat: Б. И. Зудин. Кожные и венерические болезни. Москва - «Медицина» 1990 (səh. 215)
199) Trixomoniazın müalicəsində hansı preparatlar daha təsirlidir?
Urogenital trixomoniaz yoluxucu - zöhrəvi xəstəlik olub, torədicisi ibtidailər sinfindən olan Trichomonas vaginalis - dir. Müalicəsində antibiotiklər deyil, metronidazol və ya tinidazol kimi dərmanlar istifadə olunur.
Ədəbiyyat: Рациональная фармакотерапия, заболеваний кожи и инфекций, передаваемых половым путем. Руководство для практикующих врачей. Под редакцией А. А. Кубановой, В. И. Касиной, М. , Литтерра, 2005. (səh. 576)