51) Uşağın 6 yaşı var, dünən xəstələnib. Boğazında ağrı var. Hərarət 380 C - dir . Dəridə nöqtəvari səpkilər var Hansı xəstəlikdən şüphələnmək olar? Yuxarıda qeyd edilən əlamətlər skarlatina üçün xarakterdir. Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр 188
52) Xəstəxanaya 5 aylıq uşaq gətirilib. Süni qidalanır. 3 gündür xəstədir. Sutkada 5 - 6 dəfə qusma, 8 - 10 dəfə sulu duru nəcis ifrazı olur. Hərarət 380 C. Uşağın vəziyyəti ağırdır, çəki 800 qr itirilib, əzələ tonusu və dərinin turqoru azalıb. Hansı xəstəlikdən şüphələnmək olar? Yuxarıda göstərilən əlamətlər toksik dispepsiyaya məxsus klinik əlamətlərdir. Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр 189
53) Xəstəxanaya 10 yaşlı uşaq gətirilib. Huşu itib, nəbzin dəqiqəlik sayı 140, tənəffüsün dəqiqəlik sayı 35- dir. 3 gündür xəstədir. Xəstəlik qusma ilə başlayıb. Sidi yin müayinəsində şəkər və aseton tapilib. Klinik diaqnoz aşağıdakılardan hansı ola bilər? Yuxarıda qeyd edilən əlamətlərdən məlum olur ki, uşaqda şəkərli diabet var . Hiperqlikomik koma qanda şəkərin miqdarının normadan yüksək olması nəticəsində əmələ gəlir. Bunun baş vermə səbəbi insulin çatışmazlığıdır. Məhz buna görə də ilk yardım olaraq insulin vurulmalıdır. Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр 188
54) Ana 5 yaşlı uşağı ilə feldşerə müraciət edir. Uşaqda zəiflik və qarında ağrı var. Gecələr temperaturu 37, 90 C olur, iştahası azalıb, tez - tez sidiyə gedir, sidiyin rəngi tünddür. Uşağın dili qurudur, ağ ərplə örtülüb, qaraciyər, dalaq böyüməyib. Uşaqda hansı xəstəlik ola bilər? Zəiflik, qarında ağrı, gecələr temperaturun qalxması, tez - tez sidiyə getmə, sidiyin tünd rəngdə olması uşaqda kəskin pielonefrit olduğunu göstərir. Xəstəni xəstəxanaya göndərmək lazımdır. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 422
55) Ana 1 yaşında uşağı ilə feldşerə müraciət edir. Uşaq 3 gündür xəstədir. Ana öskürəkdən, güclü zökəmdən, zəiflikdən, iştahasızıqdan və yuxunun pis olmasından şikayət edir. Uşaqda hansı xəstəlik ola bilər? Uşaq öskürur, burundan seroz ifrazat axır, gözləri qızarıb, konyuktivit əlamətləri var. Boğazı qızarıb, iştahası və yuxusu pozulub. Bu əlamətlər uşaqda adenovirus infeksiyasının olduğunu göstərir. Uşağa kalorili qida, ət məhsulları, meyvə tərəvəz, çoxlu maye verməli və simptomatik müalicə etmək lazımdır. Ədəbiyyat: N. N. Əliyev. M. M. Muxtarov Yoluxucu xəstəliklər. Bakı 1993 səh. 178
56) Uşaq 3 yaşındadır. Bağçaya gedir. Xəstəliyi kəskin başlayıb, hərarəti 38, 50C - dir, qarnında ağrı var, 1 dəfə qusub. Uşaqda tez - tez selik və qanla qarışıq nəcis ifrazı var, uşaq narahatdır, gücənir, defekasiya ağrılıdır. Uşaq hansı xəstəlikdən əziyyət çəkir? Anamnezə və şikayətlərinə görə: qarında ağrı, 1 dəfə qusma, tezləşmiş və selikli - qanlı nəcis ifrazı, gücənmə, narahatlıq və s. əlamətlərə əsasən dizenteriyanın olmasından şübhələnmək olar.Bu zaman xəstəni hospitalizasiya etmək lazımdır. Ədəbiyyat: N. N. Əliyev. M. M. Muxtarov Yoluxucu xəstəliklər. Bakı 1993 səh. 49
57) Ana 5 yaşlı qızı ilə feldşerə müraciət edir, uşağın narahat, əsəbi olduğunu, qarnında periodik ağrılardan şikayət etdiyini söyləyir. Uşaqda ürək bulanma, anus nahiyəsində qaşınma, gecə sidiyi saxlaya bilməmək, iştahanın və yuxunun pozulması var. Hansı xəstəlikdən şübhələnmək olar? Uşaqda olan şikayətlərə əsasən: uşağın əsəbi olması, yuxunun və iştahanın pozulması, qarında periodik ağrıların olması, anus ətrafında qaşınma, ürək bulanma, gecə sidiyi saxlaya bilməmək enterobioz xəstəliyinin olduğunu göstərir. Gigiyenik qaydalara riayət etməklə yanaşı, uşağa 5 gün müddətində 10 mq/kq hesabı ilə pirantel, piperazin - adipinat vermək olar. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 586
58) Ana 5 yaşlı uşağının bədənində səpkilər olduğundan feldşerə şikayət edir. Uşaq bağçaya gedir, oradakı bütün uşaqlarda da belə səpkilər olduğunu qeyd edir. Uşağın temperaturu normaldır, üzündə, bədənində və ətrafında xırda papulyoz çəhrayı səpkilər var, dərinin rəngi dəyişib. Boyun arası limfa vəziləri əllənir, ağrısızdır. Əsnək qızarmışdır. Hansı xəstəlikdən şübhələnmək olar? Uşağın vəziyyəti kafidir. Epidemik vəziyyətə, xəstənin şikayəti və anamnezinə əsasən məxmərək diaqnozu qoymaq olar. Bütün bədəndə normal temperaturda xırda papulyoz çəhrayı səpkilərin olması , boyunətrafı limfa vəzilərinin böyüməsi, ağrısız olması kimi simptomlar məxmərək üçün xarakterikdir. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 497
59) Feldşerin qəbuluna 6 yaşlı uşaq gətirmişlər. Uşaq 2 həftədir davamlı olaraq öskürür, öskürək tutmaşəkilli olub, ən çox gecə artır və bəzən qusma ilə müşayət olunur. Uşağa vaksinasiya edilməyib. Tutmalar arası uşağın vəziyyəti kafi, temperaturu 36, 6 0C olur. Hansı xəstəlikdən şübhələnmək olar?
2 həftə ərzində xəstənin davamlı öskürməsi , öskürəyin tutmaşkilli olması və ən çox gecə artması, uşağın vaksinasiya edilməməsi, tutmalar arası vəziyyətinin yaxşılaşması və temperaturun 36, 6 oC olması , xəstəyə göyöskürəyin olmasından şübhələnməyə əsas verir. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 507
60) Ana 6 yaşlı uşaqla feldşerə müraciət edib. Uşaq gecə xəstələnib, temperaturu 39, 0 o C - yə qalxıb. Uşaqda baş ağrısı, udqunma zamanı boğazda ağrı var. Səhər tezdən bədənində qırmızı nöqtəvari səpkilər əmələ gəlib, ağız - burun üçbucağı avazımışdır. Hansı xəstəlikdən şübhələnmək olar? Uşaqda qızdırma ilə bərabər hiperemiyalaşmış dəri üzərində nöqtəvari səpkilərin olması və bu səpkilərin daha çox büküşlərdə, yanaqda olması, boğazda irinli ərp, dilin boz ərplə örtülməsi skarlatina xəstəliyinin olduğunu göstərir. Yüngül forma evdə müalicə edilə bilər. Ağır forma stasionarda müalicə olunmalıdır. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 514
61) Feldşer 5 yaşlı uşağı yoxlayarkən aydın olur ki, uşaq 2 gündür xəstədir. Uşaq ağzını açarkən, çeynərkən, başını çevirərkən ağrı olmasından şikayət edir. Temperaturu 38oC, hər iki tərəfdən qulaq ətrafı şişmiş ağrılıdır. Uşaqda hansı xəstəlik ola bilər?
Uşaqda qulaq dibi vəz şişib, böyüyüb, ağrılıdır, temperaturu yüksəkdir. Ağzını aça bilmir, çeynədikdə ağrı olur. Uşaqda epidemik parotit var. Xəstəni 9 gün təcrid etməli, kontakda olanlara 21 gün karantin qoyulmalıdır. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 503