44) 5 aylıq uşağın boyu və çəkisi nə qədər olmalıdır?
Birinci yarımildə çəkinin aylıq artımı 600 qr, boyun artımı isə hər kvartala 6 - 7 sm təşkil edir. Buna əsasən 5 aylıq uşağın çəkisi 6500 - 6600 qr. boyu isə 60 - 65 sm olmalıdır. Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр. 186
45) Qəbula 9 yaşlı uşaq gətirilib. Uşaq ürək bulanma, iştahsızlıq və qarında ağrıdan şikayət edir. Yuxusu pozulub, əsəbidir, gecələr ağzından su gəlir.Bu zaman uşaqda aşağıdakılardan hansının olmasından şübhələnmək olar? Yuxarıda qeyd edilən əlamətlər helmintoza məxsusdur. Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр. 188
46) Qəbula 7 yaşlı uşaq gətirilib, sifətin dərisi solğundur, göz qapaqları şişkindir. Sidik ifrazı azalıb. Ananın dediyinə görə sidiyi bulanıqdır, uşağın iştahası pisdir, ürək bulanma və baş ağrısı var. A/T yüksəlib. Hansı xəstəlikdən şüphələnmək olar? 7 yaşlı uşaqda müşahidə edilən bu əlamətlər qlomerulonefrit xəstəliyinin əlamətləridir. Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр. 187
47) Uşağın 8 yaşı var. Ananın dediyinə görə uşağın iştahası pisdir, tez yorulur, nəcisi rəngsizləşib, sidiyi tündləşib. Müayinədə dəridə sarılıq görünür, qaraciyər 3 sm böyüyüb. Hansı xəstəlikdən şüphələnmək olar? Uşaqda olan əlamətlər – dərinin saralması, qaraciyər böyüməsi, sidik və nəcisdəki dəyişiklik virus hepatitinin əlamətləridir. Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр 188