68) Uşaqlarda revmatik xoreya özünü hansı şəkildə biruzə verir? Revmatik xoreya - Beynin revmatik zədələnməsi nəticəsində baş verir. Adətən tədricən başlayır: ümumi vəziyyət pisləşir, uşaq ağlağan, əsəbi olur, yuxusu pozulur. Xoreyanın əsas əlaməti olan hiperkinezlər baş verir: ayrı - ayrı əzələ qruplarında qeyri - iradi hərəkətlər edir. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 264
69) Revmatizmin ikincili profilaktikası hansı preparatla aparılır? Revmatizmin ikincili profilaktikası residivlərin qarşısını almaq üçün aparılır. Bu məqsədlə bisilin - 5 və asetil salisil turşusu təyin edilir və xəstə uşaq dispanser qeydiyyata götürülür. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 267
70) İntoksikasiya , qarında və beldə ağrı, Pasternadski simptomunun (+) olması böyük yaşlı uşaqlarda hansı xəstəliyin mövcud olduğunu göstərir. Kəskin piolonefritdə temperatur 38 - 40 oC - yə qədər yüksəlir, iştaha pozulur, bəzən mədə - bağırsaq pozğunluqları aşkara çıxır, sidik ifrazı çətinləşir. Uşaq qarnında və belində ağrılardan şikayət edir. Pasternadski simptomu müsbət olur. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 423