182) Pedikulyoz törədicisinin hansı mikroorqanizmlərə aid olduğunu göstərin? Baş biti (Pediculus capitis) qanla qidalanan tipik parazit olub, bütün ömrünü insan bədənində - daha çox qızların və qadınların başının tüklü hissəsində keçirir. Pedikulyoz həmişə qaşınma ilə müşayiət olunur.
Ədəbiyyat: Б. И. Зудин. Кожные и венерические болезни. Москва - «Медицина» 1990 (səh. 134)
183) Ziyillərin müalicəsində istifadə edilmir? Ziyillər viruslar tərəfindən törədilərək, kontakt yolu ilə və ümumi məişət əşyalarından istifadə etdikdə yoluxur. Yoluxma üçün immunitetin zəifləməsi və dərinin zədələnməsi mühümdür. Əsas müalicə üsulları ziyillərin kimyəvi dərmanlar və ya fiziki yolla dəridən kənar edilməsidir. Elektrokoaqulyasiya, krioterapiya, podofillinlə müalicə geniş yayılmışdır. Bəzi ziyillər adi hipnozla da sağalır.
Ədəbiyyat: Б. И. Зудин. Кожные и венерические болезни. Москва - «Медицина» 1990 (səh. 144)