184) Sadə herpesin müalicəsində daha effektlidir: Sadə herpes (Herpes simplex) virus etiologiyalı xəstəlikdir. Xəstəliyin çox rast gəlindiyi yerlər burun - dodaq nahiyəsidir. Müalicəsində virusəleyhinə preparat - asiklovir 200 mg dozada gündə 5 dəfə daxilə 5 - 10 gün, yerli məqsədlə isə asiklovir məlhəmi bir neçə gün təyin edilir.
Ədəbiyyat: Б. И. Зудин. Кожные и венерические болезни. Москва - «Медицина» 1990 (səh. 88)
185) Aşagıda göstərilən xəstəliklərdən hansı virus etiologiyalı deyil. Mikrosporiya dərinin göbələk xəstəliklərinə aiddir. Törədiciləri Microsporum canis pişik və itlərdən, Microsporum ferrugineum xəstə insanlardan yoluxur. Xəstəlik dərini və tükləri zədələyir.
Ədəbiyyat: Б. И. Зудин. Кожные и венерические болезни. Москва - «Медицина» 1990 (səh. 107)