186) Vulqar (adi) sızanaqların lokalizasiya yerlərini göstərin. Vulqar (adi) sızanaqlar piy vəziləri ətrafında səthi və dərin yerləşir. Dərin (dermada) yerləşdikdə yerində yara və ya çapıq qalır, səthi yerləşdikdə iz qoymur.
Ədəbiyyat: Б. И. Зудин. Кожные и венерические болезни. Москва - «Медицина» 1990 (səh. 74)
187) Hansı dərman preparatları qrupu toksikodermiyaya səbəb olmur? Toksidermiya allergenlərə cavab olaraq inkişaf edən dəri xəstəliyidir. Toksidermiyanın səbəbi çox zaman dərman maddələri –antibiotiklər, sulfanilamidlər, salisilatlar, pirazolon törəmələri və s olur. Kortikosteroidlər isə (prednizolon, deksametazon və s) əksinə, toksidermiyaların müalicəsində işlədilir.
Ədəbiyyat: Б. И. Зудин. Кожные и венерические болезни. Москва - «Медицина» 1990 (səh. 42)