702) Bu patologiyaların hansında tetanus əleyhinə zərdab və anatoksin vurulur? A) Bazu boynunun qapalı sınığında
B) Sarğı nahiyəsinin absesində
C) Bazunun çıxığında
D) Kəskin irinli plevritdə
E) Başın yumşaq toxumalarının yaralanmalarında
Bütün geniş sahəli təsadüfi yaraların hamısında passiv immunizasiya məqsədi ilə Bezredko üsulu
ilə (sınaqlardan sonra) əzələ daxilinə 3000 BV tetanus əleyhinə zərdab və aktiv immunizasiya
məqsədi ilə 0,5-1 ml anotoksin vurulur.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 150
703) Kəsilmiş yara üçün hansı xarakterikdir? A) Yara ağzının girintili-çıxıntılı olması
B) Yara ağzının kənarlarında hematomaların olması
C) Daxili qanaxma
D) Yara kanalının uzun və dar olması
E) Yara ağzının kənarlarının hamar olması
İti alətlərlə kəsilmiş yaralara xas olan əlamətlərdən biri, yara kənarlarının düz və hamar olmasıdır.
Qan xaricə axır, irinləmə ehtimalı az olur.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 124
704) Endoskopik müayinədən əvvəl hansı anesteziya növündən istifadə olunur? A) Peridural anesteziya
B) Xloretil ilə anesteziya
C) İnfiltrasion anesteziya
D) Sürtməklə yerli anesteziya
E) Regionar anesteziya
Yerli olaraq udlaq nahiyyəsinə və dilin kökünə 1%-li dikain sürtülür.
Ədəbiyyat: В.Г.Стецюк «Сестринское дело в хирургии». Səh. 46
QEOTAP-MED 2001.
705) Əməliyyatdan sonrakı gün cərrahi yaranın ilkin sarğısı necə aparılır? A) Drenajla yaranın yuyulması
B) Tikişlərin bir qisminin sökülməsi
C) Yara üzərinə məlhəm qoyulur
D) Yara yodonatla işləndikdən sonra quru aseptik sarğı qoyulur
E) Yara hidrogen peroksid
H2O2 məhlulu ilə işlənir
Əməliyyatdan sonrakı gün aseptik yara olduğu üçün üzəri yenidən yodonatla işlənir və quru aseptik
sarğı qoyulur ki, yaraya infeksiya düşməsin.
Ədəbiyyat: B.X.Abasov. “Ümumi cərrahlıq”. Bakı 1985. Səh. 196