Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Konyuktivadan yad cism nə ilə xaric edilir?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə206/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   202   203   204   205   206   207   208   209   ...   252
819) Konyuktivadan yad cism nə ilə xaric edilir?
A) Rezin baloncuqla 
B) Xüsusi steril iynə ilə 
C) Nəm pambıq tamponla 
D) Konik zondla 
E) Əşya şüşəsi ilə 
Konyuktivanın səthi zədələnmələrinə kiçik yad cisimlərin(toz hissəcikləri)göz qapağının 
toxumasına düşməsi aiddir.Toz dənəciyi konyuktivaya toxunduqda kəskin ağrı və güclü yaşaxma 
müşahidə olunur.Əgər yad cisim aşağı göz qapağının arxasındadırsa o, gözü tez-tez qıpdırmaqla göz 
yaşı ilə xaric olur.Əgər yad cisim xaric olunmursa onda ilıq suda və ya fizioloji məhlulda isladılmış 
nəm pambıq tampon və ya bərk nəm kürəciklə xaric edilir.Yad cismin xaric edilməsini küçədə 
aparmaq lazım gələrsə onda onu təmiz yaylığın ucu ilə həyata keçirtmək mümkündür. 
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского 
персонала, Феникс 2000, стр 178 
820) Gözün dəlib keçən yaralanmalarında xəstəyə hansı vəziyyət verilir?
A) Sağlam tərəfdə yanı üstə 
B) Oturaq vəziyyətdə 
C) Üzü üstə 
D) Zədələnən tərəfdə yanı üstə 
E) Arxası üstə 
Dəlib keçən yaralanmalarda xəstəni sanitar nəqliyyat vasitəsilə sağlam tərəfdə yanı üstə qospitalizə 


etmək lazımdır. Belə vəziyyətdə əgər göz daxilində yad cism olarsa adətən o göz dibinə tərəf düşür. 
Bu da gözdən yad cismin çıxarılması üçün əlverişli yerdir. 
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского 
персонала, Феникс 2000, стр 189 
821) Gözün termomexaniki zədələnmələrində ilkin tibbi yardım nədən ibarətdir?
A) Ağrı kəsici verib,hər iki gözə sargının qoyulması 
B) Gözə 15-20 %-li dimeksid məhlulunun damızdırılması 
C) Gözə 30 %-li natrium-sulfasil məhlulunun damızdırılması 
D) Gözə 1 %-li pilokarpin məhlulunun damızdırılması 
E) Gözə 1 %-li tetrasiklin məlhəminin sürtülməsi 
Göz almasının termomexaniki zədələnməsi partlayışlar zamanı baş verir.Buna görədə çox vaxt 
zədələnmələr kontuziya ilə müşahidə edilir.Bu ilkin olaraq gozdə ağrılar, işıqdan qorxma, göz 
yaşının artması, görmə itiliyinin kəskin zəifləməsi ilə müşahidə olunduğu üçün xəstənin hər iki 
gözünə sarğı qoyub, daxilə ağrıkəsici həb verərək xəstəxanaya çatdırmaq lazımdır. 
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского 
персонала, Феникс 2000, стр 193 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   202   203   204   205   206   207   208   209   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin