Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə228/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   224   225   226   227   228   229   230   231   ...   252
901) Pielitin əsas əlaməti nədir?
A) Qlükozuriya 
B) Albuminuriya 
C) Piuriya 
D) Fostatouriya 
E) Hematuriya 
Pielit böyrək ləyəninin iltihabıdır.Kəskin pielit düzgün müalicə olunmadıqda xroniki hala 
keçir.Pielitin əsas simptomu piuriyadır(sidikdə irinin ifraz olunması) 
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 250 


902) Donmaların kliniki gedişi neçə dövrə bölünür?
A) 1 
B) 5 
C) 2 
D) 4 
E) 3 
Donmaların kliniki gedişi iki dövrə bölünür: 
1. Gizli dövr-bu dövrdə toxumaların yerli hiperemiyası baş verir.Sonra dəri avazıyır,giziltili ağrı 
olur,getdikcə həmin nahiyədə hissiyat itir. 
2. Reaktiv dövr-bu donmuş ətrafın qızdırılmasından sonra baş verir. 
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 122 
903) Dırnağı yatağından çıxardıqda hansı anesteziya növündən istifadə edilir?
A) Peridural anesteziyadan 
B) Regionar anesteziya 
C) Venadaxili anesteziyadan 
D) Futlyar anesteziya 
E) İnfiltrasion anesteziya 
Regionar anesteziyada 1-2%-li novakain sinirin perinevral və ya endonevral qatına 
vurulur.Anesteziya 10-15 dəqiqə sonra başlayır.Əl və ayaq barmaqlarında aparılan kiçik 
əməliyyatlarda istifadə edilir. 
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 60 
904) Hansı çıxıqlarda oynaq kisəsi zədələnmir (partlamır)?
A) Bazunun 
B) Budun 
C) Dirsəyin 
D) Mil biləyin 
E) Aşağı çənənin 
Aşağı çənənin çıxığı birtərəfli və ikitərəfli olur. Çənənin çıxığı müxtəlif səbəblərdən ola bilər. 
Çıxığın bu formasında oynaq kisəsi zədələnmir, partlamır. 
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 181 
905) Odlu silah yaraları hansı üsulla cərrahi işlənir?
A) Topçubaşov 
B) Koçergin 
C) Piraqov 
D) Petrovski 
E) Şamov 
Odlu silah yaralarını Piraqov üsulu ilə işlədikdə yara kanalı açılaraq içərisində olan yad cisimlər 
çıxarılır,qanaxma tam dayandırıldıqdan sonra yaraya tikişlər qoyulur, lakin saplara düyün 
vurulmur.Yara 1 sutka açıq saxlanılır.2-ci gün yaraya drenaj qoyulmaqla sap düyünlənir. 
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 130 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   224   225   226   227   228   229   230   231   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin