Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Bağırsaq keçməməzliyinin invaginasiya forması ən çox kimlərdə rast gəlinir?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə229/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   225   226   227   228   229   230   231   232   ...   252
906) Bağırsaq keçməməzliyinin invaginasiya forması ən çox kimlərdə rast gəlinir?


A) Qadınlarda 
B) Gənc yaşlı insanlarda 
C) 1 yaşa qədər uşaqlarda 
D) Kişilərdə 
E) Orta yaşlı insanlarda 
İnvaginasiya-bağırsaqların bir-birinin içərisinə keçməsidir. Çox vaxt nazik bağırsaq kor bağırsağa 
keçir. Ən çox 1 yaşa qədər uşaqlarda rast gəlinir. Kəskin və xroniki formaları ayırd edilir. 
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 223 
907) Yaranın birincili cərrahi işlənməsi hər hansı səbəbdən gecikərsə nə etmək lazımdır?
A) Yara kənarları antibiotiklərlə blokada edilir 
B) Yara kənarlarına 0,3ml 0,1%-li adrenalin yeridilir 
C) Yara spirtlə silinib adi sarğı qoyulur 
D) Yara spirt-yodla silinir 
E) Yaraya aseptik sarğı qoyulur 
Yara kənarları antibiotiklərlə blokada edilir 

Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 129 
908) Yaranı sarımaq üçün steril material olmadıqda (səhra şəraitində) nə etmək məqsədə 
uyğundur?
A) Əl altında olan materialla sarımaq 
B) Zərərçəkmişin köynəyini cırıb sarımaq 
C) Yaranı açıq saxlamaq 
D) Cib dəsmalı ilə kip sarımaq 
E) Bütün cavablar doğrudur 
Yaranın sarımaq üçün steril material olmadıqda (səhra şəraitində) yaranı açıq saxlamaq lazımdır. 
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 128 
909) Quduzluq əleyhinə vaksin bədənin hansı nahiyəsinə vurulur?
A) Bazunun yuxarı üçdə birinə 
B) Sarğı nahiyəsinə 
C) Dəri içinə 
D) Dəri altına 
E) Vena daxilinə 
$$ 
Ədəbiyyat: Mövcud təlimata əsasən. 
910) Güllə yaralarının neçə forması var?
A) 1 
B) 4 
C) 5 
D) 3 
E) 2 
Güllə yaralarının 3 forması var. 
1. Kor güllə yarası 
2. Dəlib-keçən güllə yarası 
3. Toxunan güllə yarası 


Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 125 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   225   226   227   228   229   230   231   232   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin