Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Dərialtı inyeksiya zamanı ən çox nə qədər maye yeritmək olar?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə37/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   33   34   35   36   37   38   39   40   ...   252
138) Dərialtı inyeksiya zamanı ən çox nə qədər maye yeritmək olar?
A) 4 ml 
B) 2 ml 
C) 10 ml 
D) 5 ml 
E) 8 ml 
Dərialtı inyeksiyalar zamanı dərman maddələri orqanizmin dərialtı piy təbəqəsi ilə zəngin, lakin 
magistral arteriya və venalar olmayan nahiyələrinə yeridilir. Məs, budun ön xarici səthinə, qarının 
ön yan səthinə və s. Bu nahiyələrdə qan damarları dərində olduğu üçün məhlul gec sorulur ,ona 
görə dərialtına maksimum 2 ml maye yeritmək olar. 
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.63 “Çıraq ” 2008 
139) Xəstənin rektoromanoskopiyaya hazırlanmasında aşağıdakılardan hansından istifadə 
olunur.
A) Müayinədən bir gün əvvəl təmizləyici imalə 
B) Axşam-səhər təmizləyici imalə 
C) Kontrast maddənin yeridilməsi 
D) Düz bağırsağa qidalandırıcı məhlulların yeridilməsi 


E) Düz bağırsaqda temperaturun ölçülməsi 
Rektoromanoskopiya düz və S-vari bağırsağın rektoskop vasitəsi ilə müayinə metodudur. Bu 
metoddan düz və S-vari bağırsağın şişləri, eroziya, qansızmalarını aşkara çıxarmaq üçün istifadə 
olunur. Düzgün nəticə almaq üçün rektoromanoskopiyadan əvvəlki gün axşam və müayinə günü 
səhər təmizləyici imalə etmək vacibdir. 
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 345 
140) Damcı üsulu ilə venaya məhlul yeridilən zaman iynənin ucu trombla tutularsa tibb işçisi 
nə etməlidir?
A) İynəni dəyişdirməlidir 
B) Sistemdə təzyiqi qaldırmalıdır 
C) Kanyulanı təmizləməlidir 
D) Dərhal həkimi çağırmalıdır 
E) Proseduranı tamamilə dayandırmalıdır 
İynənin ucundakı trombun venanın mənfəzinə düşməməsi üçün tibb işçisi iynəni dəyişməlidir. 
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 60 “Çıraq ” 2008. 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin