Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Xəstədə gəyirmə baş verərsə bu nəyi göstərir?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə38/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   34   35   36   37   38   39   40   41   ...   252
141) Xəstədə gəyirmə baş verərsə bu nəyi göstərir?
A) Qazların bağırsaq vasitəsilə xaric olmasını 
B) Bağırsaqlarda patoloji qaz əmələ gəlməsini 
C) Mədədəki qazların qida borusu vasitəsilə ağızdan xaric olmasını 
D) Mədə möhtəviyyatının qida borusuna keçməsini 
E) Mədə möhtəviyyatının ağızdan xaric olmasını 
Gəyimə xəstəlik deyil, xəstəliyin əlamətidir.Mədədən qida borusuna keçən hava ağız boşluğundan 
xaric olur. 
Ədəbiyyat :N.R.Paleyevi redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 56 “Çıraq” 2008. 
142) Xəstədə meteorizm olduqda aşağıda sadalanan yardımlardan hansı effekt vermir?
A) Çobanyastığı dəmləməsi ilə imalə etmək 
B) Xəstənin mədəsinin yuyulması 
C) Qazçıxarıcı boru qoymaq 
D) Xəstəyə aktivləşdirilmiş kömür vermək 
E) Qara çörək, kələm, süd və s. qaz əmələ gətirən qidaları yeməyi qadağan etmək 
Meteorizm bağırsaqlarda patoloji qaz əmələ gəlməsidir, bu zaman qarın çox köpür. Adətən 
meteorizm enterokolitlərdə, qarın boşluğunda aparılan operasiyadan sonra, qara çörək, tərəvəz, süd 
və s. kimi qidalardan sonra da əmələ gəlir. Xəstədə meteorizm olduqda mədənin yuyulması heç bir 
effekt vermir, digər cavablarda göstərilən yardımlar isə meteorizmi əhəmiyyətli dərəcədə azaldır. 
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.56 “Çıraq ” 2008 . 
143) Göstərilənlərdən hansı dərmanların enteral yolla yeridilməsinə aiddir?
A) Həb şəklində qəbul etmək 
B) Dəriyə sürtmək 
C) Vena daxili inyeksiya 
D) Gözə damızdırmaq 
E) Dəriiçi inyeksiya 
Dərmanlar orqanizmə 3 yolla daxil edilir: xaricə, enteral, parenteral. Enteral yolla dərmanlar dilin 
altına qoymaqla, ağızdan və düz bağırsaqdan yeridilir. Ağızdan dərmanlar həb, draje, mikstura 


şəklində yeridilir.Vena daxili və dəriicinə yeritmə dərmanların parenteral, yəni həzm traktından 
kənar,gözə damızdırmaq və dəriyə sürtmək isə xaricə işlədilməsidir.
Ədəbiyyat : C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq. Səh.130 . “ Təhsil ” Bakı 1998 . 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin