Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Hansı xəstəliklər zamanı xəstə passiv vəziyyətdə olmalıdır?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə46/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   42   43   44   45   46   47   48   49   ...   252
168) Hansı xəstəliklər zamanı xəstə passiv vəziyyətdə olmalıdır?
A) Ağciyər vərəmi 
B) Xolesistit 
C) Pielonefrit 
D) Miokard infarktı 
E) Xroniki qastri 
Xəstənin yataqda 3 cür vəziyyəti olur: fəal, passiv, məcburi. Xəstə yataqda oturur, çevrilirsə fəal 
vəziyyət sayılır; xəstə yataqda uzanıb sərbəst hərəkət edə, çevrilə, başını, qolunu qaldıra bilmirsə 
passiv vəziyyət sayılır; xəstə öz vəziyyətini yüngülləşdirmək üçün aldığı vəziyyət isə məcburu 
vəziyyət sayılır. Miokard infarktı zamanı hər bir hərəkət ürəyin işini artırdığı üçün tibb bacısı 
xəstənin passiv vəziyyətdə olmasına nəzarət etməlidir. 
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.107 “Çıraq ” 2008. 
169) “Çəlləyəbənzər” döş qəfəsi hansı xəstəlik üçün xarakterik sayılır?
A) Ağciyərlərin emfizeması 
B) Bronxial astma 
C) Krupoz pnevmoniya 
D) Xroniki bronxit 
E) Quru plevrit 
Ağciyərlərin emfizeması (yunan.emphyse-üfürmək) zamanı qabırğaaraları genəlir, qabırğalar 
üfiqiləşir, döş qəfəsi ön-arxa tərəfdə böyüyür və çəlləyəbənzər forma alır. 
dəbiyyat: Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр 
234 
170) Krupoz pnevmоniya üçün xarakterik olan bəlğəm hansıdır?
A) “Paslı” bəlğəm 
B) Selikli bəlğəm 
C) Selikli-irinli bəlğəm 
D) Bəlğəm olmur 
E) İrinli bəlğəm 
Krupoz pnevmоniya xəstəliyi zamanı ilk günlərdən başlayaraq xəstədə çətin ifraz olunan, tərkibində 
qan hissəcikləri olan bəlğəm müşahidə olunur. Bəlğəm tezliklə qəhvəyi-qırmızımtıl rəng alır ki, bu 


da eritrositlərin parçalanması ilə əlaqədardır. Bəlğəmin bu rənginə görə onu “paslı” bəlğəm 
adlandırırlar. 
Ədəbiyyat: А.С.Cметнев. «Внутренние болезни». Москва «Медицина». 1990. Стр 20. 
171) Bronxial astma xəstəliyinin əsas ağırlaşması hansıdır?
A) Miokardit 
B) Ağciyər qanaxması 
C) Astmatik status- Tənəffüs çatışmazlığı 
D) Ürək çatışmazlığı 
E) Spontan pnevmotoraks 
Astmatik status (astmatik vəziyyət) adi boğulma tutmasından fərqli olaraq bronxolitiklərə və 
simpatomimetiklərə qarşı rezistentliyi, hipoksiya əlamətlərinin surətlə inkişafı ilə xarakterizə 
olunur. Astmatik status xroniki prosesin kəskinləşməsi və ya kəskin prosesin qoşulması nəticəsində 
baş verə bilər. 
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр 215-216 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin