Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Xəstəxanada aşağıda göstərilən dərman maddələrindən hansını soyuducuda saxlamağa



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə47/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   43   44   45   46   47   48   49   50   ...   252
172) Xəstəxanada aşağıda göstərilən dərman maddələrindən hansını soyuducuda saxlamağa 
ehtiyac yoxdur?
A) Zərdabları 
B) Narkotikləri 
C) Məlhəmləri 
D) Vaksinləri 
E) Dərman şamlarını 
Tez xarab olan dərmanlar, məsələn zərdablar, vaksinlər, məlhəmlər, şamlar söbədə olan soyuducuda 
2-10 dərəcə temperaturda saxlanılmalıdır. Narkotik maddələr isə tez xarab olmadığına görə onları 
soyuducuda saxlamağa ehtiyac yoxdur. 
Ədəbiyyat : C.N.Hacıyev ; R.Y. Əliyev . Xəstələrə qulluq . Səh.128 . “ Təhsil ” Bakı 1998. 
173) Xəstənin mədəsinin yuyulması üçün zondun hansı məsafəyə yeridilməsi hansı formulaya 
əsasən təyin olunur (sm-lə)?
A) Uzunluq - 80 
B) Uzunluq – uzunluğun 2/1 
C) Uzunluq - 100 
D) Uzunluq - uzunluğun 3/1 
E) Uzunluq - 50 
Zondun mədəyə yeridilməsi üçün aşağıdakı formuladan istifadə olunur. Uzunluq – 100. Məsələn, 
boyu 176 sm olan xəstənin mədəsini yumaq üçün zond 76 sm məsafəyə yeridilməlidir. 176-100=76 
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.70 “Azərnəşr” Bakı 
1984 В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 106 
174) Xroniki böyrək çatışmazlığı zamanı qidada hansı maddələri məhdudlaşdırmaq lazımdır?
A) Vitaminləri 
B) Yağları 
C) Karbohidratları 
D) Duzları 


E) Zülalları 
Xroniki böyrək çatışmazlığı zamanı qanda zülalların parçalanma məhsulları olan sidik cövhəri
sidik turşusu, kreatinin toplanır. Ona görə də xəstənin qidasında zülallar məhdudlaşdırılmalıdır. 
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.178-179. “Azərnəşr” 
Bakı 1984 
175) Xəstənin qidalanması zamanı göstərilən üsullardan hansı süni qidalanmaya aid deyil?
A) Qida maddələrini düz bağırsaqdan yeritmək 
B) Xəstənin qaşıqla yedizdirilməsi 
C) Fistula vasitəsilə yedizdirilmə 
D) Parenteral yolla qidalanma 
E) Qidanın zondla yeridilməsi 
Zond, fistula, imalə ilə və ya parenteral yolla (venaya və dərialtına) orqanizmə qida maddələri 
yeritmək süni qidalanma adlanır. Xəstəni süni qidalandırmaq üçün göstərişlər: qida borusunun 
daralması, udma aktının çətinləşməsi, qida borusunda və mədədə aparılan əməliyyatlardan sonra
komatoz vəziyyət, yeməkdən imtina edən psixozlar və s. Xəstənin qaşıqla yedizdirilməsi isə normal 
qidalanma üsulu olub, ya tibb bacısı tərəfindən, yaxud da xəstə tərəfindən həyata keçirilir. 
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh.129 “ Çıraq ” 2008. 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin