Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Sadalananlardan hansı inyeksiyanın ağırlaşması deyil?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə49/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   45   46   47   48   49   50   51   52   ...   252
180) Sadalananlardan hansı inyeksiyanın ağırlaşması deyil?
A) Dəridə damar ulduzcuqlarının olması 
B) Fleqmona 
C) Hematoma 
D) İnfiltrat 
E) Abses 
Dəridə damar ulduzcuqlarının olması inyeksiya ağırlaşması deyil, qara ciyər sirrozu olan xəstələrdə 
dərinin üzərində kapilyarların genişlənib, ulduz şəklində görünməsidir. Digər variantlarda 
sadalananlar inyeksiya ağırlaşmaları olub, inyeksiya zamanı qaydalara düzgün riayət olunmaması 
nəticəsində baş verir. 

Ədəbiyyat : C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq . Səh. 160. “ Təhsil ” Bakı 1998. 
181) Xəstəni nəcisdə gizli qana görə müayinəyə hazırlayarkən qidadan hansı ərzaq 
çıxarılmalıdır?
A) Ət 
B) Çörək 
C) Südlü sıyıq 
D) Süd 
E) Yağ 
Nəcisdə gizli qanı aşkar etmək üçün xəstə üç gün əvvəldən hazırlanır. Belə ki, xəstələr bu üç gün 
ərzində ət, balıq və onlardan hazırlanan qida qəbul etməməlidirlər. Əks halda müayinənin nəticəsi 
düzgün olmaya bilər. 
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.78 “Azərnəşr” Bakı 
1984 
182) Daxili qanaxmalar zamanı xəstələri nəql edərkən onlara hansı vəziyyət verilməlidir?
A) Xəstəni xərəyə baş hissəsi aşağı salınmış vəziyyətdə uzandırırlar 
B) Xəstəyə xərəkdə yarımoturaq vəziyyət verilməlidir 


C) Xəstə xərəkdə arxası üstə, ayaqları dizdən bükülmüş vəziyyətdə uzanmalıdır 
D) Xəstə xərəkdə arxası üstə, başı yana çevrilmiş vəziyyətdə uzanmalıdır 
E) Xəstə xərəkdə bir böyrü üstdə uzanmalıdır 
Xəstələrin nəql olunma formaları xəstəliklərin xarakterindən asılıdır və bu nəqlolunma qaydalarını 
tibb bacısı dəqiq bilməlidir. Daxili qanaxmalar zamanı xəstə arxası üstə, ayaqları dizdən bükülmüş 
vəziyyətdə uzanmalı, dizaltı nahiyələrə isə yastıq qoyulmalıdır. 
Ədəbiyyat : C.N.Hacıyev ; R.Y. Əliyev . Xəstələrə qulluq . Səh. 45 . “ Təhsil ” Bakı 1998. 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin