Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Sadalananlardan hansı ağciyərlərin irinli xəstəliklərinə aiddir?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə51/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   47   48   49   50   51   52   53   54   ...   252
186) Sadalananlardan hansı ağciyərlərin irinli xəstəliklərinə aiddir?
A) Bronxial astma 


B) Krupoz pnevmoniya 
C) Kəskin bronxit 
D) Ağciyər absesi və qanqrenası 
E) Ağciyərlərin emfizeması 
Ağciyər absesi ağciyər toxumasının irinləməsi ilə müşaiyət olunan xəstəliyidir. Bu proses sağlam 
toxuma ilə məhdudlaşaraq bir və ya bir neçə irinli boşluq əmələ gətirir. Boşluqlar adətən bronxlara 
açılaraq, irinin bronx vasitəsilə xaricə ifraz olunmasına imkan yaradır. Ağciyər qanqrenası isə 
ağciyər toxumasının irinli parçalanması deməkdir.
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». Москва «Медицина» 1983.Стр 226-231 
187) Bu xəstəliklərdən hansının kəskin forması mövcud deyil?
A) Bronxit 
B) Qastrit 
C) Pielonefrit 
D) Pnevmoniya 
E) Bronxial astma 
Bronxial astma xəstəliyinin əsasında bronxların reaktivliyinin dəyişməsi durur. Bu dəyişiklik 
immunoloji və qeyri- immunoloji mexanizmlərlə əlaqədardır. Xəstəliyin inkişafında əsas yeri 
müxtəlif allergenlər tutur. Bronxial astma xəstəliyinə allerqoz kimi də baxmaq olar. Bu səbəbdən 
bronxial astma xroniki residiv verən xəstəlik sayılır.
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр 215 
188) Bu xəstəliklərdən hansı yalnız xroniki formada olur?
A) Hipertoniya xəstəliyi 
B) Pielonefrit 
C) Qastrit 
D) Pnevmoniya 
E) Bronxit 
Hipertoniya xəstəliyi sinir gərginliyi ilə əlaqədar olaraq damar tonusunun artması və nəticədə 
arterial təzyiqin yüksəlməsi ilə müşaiyət olunan xəstəlikdir. 
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр 302 
189) Aşağıdakı müayinələrdən hansı bronxit xəstəliyi zamanı lazım olan məlumatı vermir?
A) Ağciyərlərin auskultasiyası 
B) Döş qəfəsinin R-skopiyası 
C) Bronxoskopiya 
D) Qastroskopiya 
E) Döş qəfəsinin R-qrafiyası 
Qastroskopiya mədənin endoskopik müayinəsi olduğundan bronxit xəstəliyi zamanı heç bir lazımi 
məlumat vermir. Qalan variantlardakı müayinə metodları isə bronxit xəstəliyinin diaqnostikası 
zamanı istifadə olunur. 
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр 174 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin