Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Aşağıdakı dərmanlardan hansıları tənəffüs sistemi xəstəliklərində məqsədəuyğun deyil?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə52/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   48   49   50   51   52   53   54   55   ...   252
190) Aşağıdakı dərmanlardan hansıları tənəffüs sistemi xəstəliklərində məqsədəuyğun deyil?
A) Bəlğəmgətiricilər 
B) Antibiotiklər 


C) İltihabəleyhi preparatlar 
D) Vitaminlər 
E) Mədə fermentləri 
Tənəffüs sistemi orqanlarının xəstəlikləri zamanı mədə fermentlərinin təyin olunması məntiqə 
uyğun deyil. 
Ədəbiyyat:В.М.Боголюбов, ,,Внутренние болезни,,.Москва ,,Медицина,,1983.Стр.225 
191) Hipoqlikemik koma zamanı həkim gələnə qədər tibb işçisinin göstərdiyi yardımlardan 
hansı xəstənin vəziyyətini daha da ağırlaşdırar?
A) Dərialtına insulin vurmaq 
B) Venaya 20-40 ml 40 %-li qlükoza məhlulu yeritmək 
C) Xəstəyə bir neçə parça qənd vermək 
D) Xəstəyə şirin çay vermək 
E) Xəstəyə bir qaşıq bal vermək 
Xəstənin hipoqlikemik komaya düşməsinə səbəb qanda şəkərin səviyyəsinin aşağı düşməsidir, bu 
da əsasən şəkərli diabeti olan xəstə insulin vurduqdan sonra yemək yemədikdə baş verir. Ona görə 
belə xəstəyə ilk yardım göstərərkən ilk növbədə qanda şəkərin səviyyəsini artırmaq lazımdır, bunun 
üçün xəstəyə şirniyyat verilir, venasına qlükoza məhlulu yeridilir. Bu halda insulin vurmaq isə 
xəstənin vəziyyətinin daha da ağırlaşdıra bilər. 
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.511 “Çıraq ”2008. 
192) Nəbz kəsiri nədir?
A) Periferik nəbzin sayı ilə ürək yığılmalarının sayı arasındakı fərq 
B) Nəbzin sayının normadan çox olması 
C) Sağ və sol qolda nəbzin sayının müxtəlif olması 
D) Nəbzin sayının normadan az olması 
E) Nəbzin ritminin pozulması 
Bəzən ürək xəstəlikləri zamanı sol mədəcik o qədər zəif yığılır ki, nəbz dalğaları periferiyaya gedib 
çıxmır, bu zaman ürək yığılmalarının sayı ilə nəbz vurğusunun sayı arasında fərq olur, buna nəbz 
kəsiri deyilir. 
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh.65 “Çıraq ” 2008. 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin