Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Ocaqlı pnevmoniya zamanı hansı müayinələrin aparılması daha məqsədəuyğundur?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə48/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   44   45   46   47   48   49   50   51   ...   252
176) Ocaqlı pnevmoniya zamanı hansı müayinələrin aparılması daha məqsədəuyğundur?
A) Qanın və sidiyin ümumi müayinəsi 
B) Döş qəfəsinin R-qrafiyası, bəlğəmin müayinəsi, qanın ümumi müayinəsi 
C) Bronxoskopiya 
D) EKQ 
E) Qanın ümumi və biokimyəvi müayinəsi 
Ocaqlı pnevmoniya bilavasitə ağciyər toxumasının xəstəliyidir və bu zaman selikli-irinli və ya irinli 
bəlğəm ifrazı müşahidə edilir. Ağciyərlərin topoqrafik anatomiyasını nəzərə alaraq döş qəfəsinin R-
qrafiyası, eyni zamanda bəlğəmin müayinəsi bu xəstəlik zamanı daha məqsədəuyğun sayılır. 
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни».Москва«Медицина»1983.Стр 221-223 
177) Miokard infarktı olan xəstəyə tibb işçisi nəyi qadağan edə bilər?
A) Suda bişmiş əti 
B) Buxarda bişmiş kotleti 
C) Qaz əmələ gətirən qidaları (lobya, kartof, qara çörək və s.) 
D) Meyvə şirələrini 
E) Suda bişmiş balığı 
Qaz əmələ gətirən yeməklər qarının köpməsinə səbəb olur, nəticədə diafraqma qalxır, ürəyin işi 
çətinləşir, tac damarlarda qan dövranı pisləşır, ona görə miokard infarktı keçirmiş xəstələrə qaz 
əmələ gətirən qidalar yemək qadağan edilir. 
Ədəbiyyat : N.R. Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh.141 “Çıraq ” 2008. 
178) Ocaqlı pnevmoniya xəstəliyinin mümkün fəsadı hansıdır?
A) Eksudativ plevrit 
B) Xroniki bronxit 
C) Bronxial astma 
D) Absesləşmə 


E) Quru plevrit 
Ocaqlı pnevmoniya zamanı vaxtında düzgün müalicə aparmadıqda, aparılan müalicə effektsiz 
olduqda iltihab ocağı çox çətinliklə sorulur və ya sorulmur. Bu da çox zaman həmin iltihab ocağının 
absesləşməsinə gətirib çıxarır. 
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». Москва «Медицина» 1983.Стр 221-223 
179) Əzələ daxilinə inyeksiya zamanı ən çox nə qədər məhlul yeritmək olar?
A) 10 ml 
B) 2 ml 
C) 20 ml 
D) 5 ml 
E) 3 ml 
Əzələlər daha geniş qan və limfa damarları şəbəkəsinə malikdir ki, bu da dərmanların tez və tam 
sorulmasına şərait yaradır, bununla belə əzələ daxilinə 10 ml-dən çox məhlul yeritdikdə dərmanın 
sorulması ləngiyir, bu da infiltrat, absess, fleqmona kimi inyeksiya ağırlaşmalarına səbəb olur. 
Ədəbiyyat : C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq .Səh.152 . “ Təhsil ” Bakı 1998. 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin