144) Əzələ daxili inyeksiya sağrının hansı nahiyəsində(kvadrantında) aparılır? A) Aşağı içəri
B) Aşağı xarici
C) Sağrının orta hissəsində
D) Yuxarı xarici
E) Yuxarı içəri
Sağrı nahiyəsi gözəyarı 4 kvadranta bölünür və inyeksiya yalnız üst xarici kvadrantda aparılır. Bu
kvadrantı tapmaq üçün xəyali olaraq V bel fəqərəsinin tinli çıxıntısını bud sümüyünün böyük
burması ilə birləşdirən xətt çəkilir , bu xəyali xəttin yuxarısında sağrının üst xarici kvadrantı yerləşir
və inyeksiya da həmin nahiyəyə edilir. Digər nahiyələrdən sinir-damar dəstələri keçdiyi üçün bu
nahiyələrə inyeksiya edilmir.
Ədəbiyyat : C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh . 152 . “ Təhsil ” Bakı 1998.
145) Mədənin yuyulmasına əks- göstəriş hansıdır? A) Qida borusundan olan qanaxmalar
B) Dərman zəhərlənmələri
C) Qida zəhərlənmələri
D) Alkoqolla zəhərlənmələr
E) Mədə turşuluğunun artması
Mədə diaqnostik və müalicəvi məqsədlə yuyulur. Qida borusundan qanaxma zamanı zondun
mexaniki təsirindən qanaxmanın daha da güclənəcəyinə görə bu zaman mədənin yuyulması əks-
göstəriş sayılır.
Ədəbiyyat : C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq. Səh .190 .” Təhsil ” Bakı 1998.
146) Aşağıda göstərilənlərdən hansı zondun ucunun mədədə olmadığını göstərir? A) Xəstə öyüyür
B) Zonddan mədə möhtəviyyatı xaric olur.
C) Zondla mədəyə maye yeridilir
D) Xəstə hıçqırır
E) Xəstə göyərir,narahat olur
Mədə zondlaması zamanı zondun düzgün yeridilməsi vacib şərtlərdəndir, çünki zond düz
yeridilmədikdə mədəyə deyil, traxeyaya düşə bilər . Bu zaman xəstədə boğulma, öskürmə, göyərmə
olur, belə hallar olduqda zond dərhal çıxarılıb, yenidən salınmalıdır.
Ədəbiyyat : N.R. Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ” .Səh. 57 “Çıraq ” 2008
147) İnyeksiyadan dərhal sonra xəstədə təngnəfəslik, taxikardiya, huşun itməsi baş verərsə bu