Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Difteriyadan qorunmaq ücün ən etibarlı üsul hansıdır?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə103/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   99   100   101   102   103   104   105   106   ...   252
386) Difteriyadan qorunmaq ücün ən etibarlı üsul hansıdır?
A) Fizioterapiya 
B) B vitaminoterapiya 
C) Hormonoterapiya 
D) Antibiotikoterapiya 
E) Aktiv immunizasiya 
Difteriyadan qorunmaq ücün ən etibarlı üsul aktiv immunizasiyadır.Difteriya əleyhinə peyvənd 
uşaqlara 2-3- 4-18aylarında AGDT kombinə olunmuş vaksin şəklində əzələdaxili yeridilir. 
Ədəbiyyat: “Təcrübədə immunlaşdırma”.Metodik göstərişlər.Modul 2.Bakı 2010.səh7 
387) Difteriyaya yoluxmuş uşaqla kontaktda olan uşaq neçə gün karantində olmalıdır?
A) 5 gün 
B) 1,5 ay 
C) 7 gün 
D) 2 ay 
E) 1 ay 
Difteriyalı uşaqla kontaktda olan uşaq 7 gün ərzində izolə edilir. Bu uşaqlara gündə 2 dəfə 
termometriya və bir dəfə bakterioloji müayinə aparılmalıdır.Ocaqda dezinfeksiya işləri aparılır. 
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 
2002 стр280 
388) Skarlatinanın törədicisi hansıdır?
A) Göbələklər 
B) β hemolitik streptokokklar 
C) Viruslar 
D) Löffler çöpləri 
E) Stafilakokklar 
Skarlatina kəskin infeksion xəstəlikdir Törədicisi β hemolitik steptokokkdur. Əsas klinik əlamətləri 
ümümi intoksikasiya, angina ,hiperemiya fonunda xirda nöqtəli səpgilərdir. 
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 
2002 стр 460 
389) Skarlatina zamanı əsas əlamət hansıdır?
A) Hipervolemiya 
B) Angina 
C) Travmatik şok 


D) Hemoliz 
E) Anemiya 
Skarlatina xəstəliyinin daima musahidə olunan klinik əlaməti anginadır. Bu kataral follikulyar 
lakunar formalı angina ola bilər. Bu zaman prossesə regional linfotik vəzilər də qoşulur. 
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 
2002 səh 461 
390) Skarlatina xəstəliyinə yoluxan uşaqlar neçə gün izolə edilir?
A) 1 gün 
B) 10 gün 
C) 1 ay 
D) 7 gün 
E) 1,5 ay 
Skarlatinaya yoluxmuş uşaqla təmasda olanlar 7 gün ərzində izolə edilir və hər gün termometriya, 
dəri və selikli qişaların müayinəsi aparılır. Ocaqda sabun, soda məhlulu ilə təmizlik işi aparılır 
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 
2002 стр 462 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin