Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Qızılca xəstəliyinin törədicisi hansıdır?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə104/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   100   101   102   103   104   105   106   107   ...   252
391) Qızılca xəstəliyinin törədicisi hansıdır?
A) Göbələklər 
B) Streptokokk 
C) Borde-Janqu çöpləri 
D) Stafilokokk 
E) Virus 
Qızılca yüksək qızdırma ilə müşahidə olunan yoluxucu xəstəlikdir.Xəstəliyə yoluxma hava - damcı 
yolu ilə olur.Qızılcanın səpgiləri ayrı-ayrı çəhrayı ləkə və papula şəklində olur.Xəstədə konyuktivit 
əlamətləri ilk gündən başlayır.Xəstəlik mənbəyi xəstədir.Xəstəliyin törədicisi qızılca viruslarıdır. 
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 
2002 səh 463 
392) Su çiçəyinə yoluxmuş uşaqla kontaktda olan uşaq neçə gün izolə (karantində) olmalıdır
A) 1 ay 
B) 21 gün 
C) 7 gün 
D) 10 gün 
E) 12 gün 
Su cicəyinə yoluxmuş uşagla təmasda olan uşağa 21 qun karantin təyin edilir. Uşaglar hər gün 
termometriya aparılır və müayinədən keçirilir. 
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 
2002 стр 470 
393) Parotit infeksiyası zamanı hansı vəzilər zədələnir?
1. Qulaqdibi
2. Tüpürcək vəziləri
3. Qoltuqaltı vəziləri
4. Tər vəziləri
5. Piy vəziləri


6. Cinsi vəzilər
A) 5,6 
B) 2,4 
C) 3,6 
D) 1,2 
E) 3,5 
Parotit infeksion məşəlli xəstəlikdir.Virus yuxarı tənəffüs yollari ilə orqanizmə daxil olub, qulaq 
dibi ,tüpürcək vəzlərini zədələyir. 
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 
2002 səh 471 
394) Bağırsaq infeksiyaları zamanı eksikoz və toksikoz müşahidə olunursa, mübarizə üçün 
əsas terapevtik prinsip hansıdır?
A) Hormonterapiya 
B) Vitaminoterapiya 
C) Stimuləediciterapiya 
D) Parenteral duz məhlullarının yeridilməsi 
E) Fitoterapiya 
Bağirsaq infeksiyalari zamani su və elekrolitlərin itkisi baş verir. Bu itkini bərpa etmək ücün 
parenteral yolla duz məhlullari yeridilir. 
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 
2002 səh 482 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin