Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə15/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   11   12   13   14   15   16   17   18   ...   252
57) Arterial hipertenziya nədir?
A) Arterial təzyiqin azalması 
B) Mərkəzi venoz təzyiqin artması 
C) Mərkəzi venoz təzyiqin azalması 
D) Arterial təzyiqin artması 
E) Damar tonusunun azalması 
Hipertenziya müxtəlif səbəblərdən ( məs: endokrin, böyrək, MSS ,travmatik və s.) 
damar tonusunun artmasıdır , bunun da nəticəsində arterial təzyiq qalxır.Hiper-latın dilində 
cox,tenzion-təzyiq deməkdir. 
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 138 “Çıraq” 2008 
58) Biokimyəvi müayinə üçün qan nə vaxt götürülür?
A) Ac qarına, səhər 
B) Qida qəbulundan 30 dəqiqə sonra 
C) Qida qəbulundan 15 dəqiqə sonra 
D) Qida qəbulundan asılı olmayaraq 
E) Qida qəbulundan 45 dəqiqə sonar 
Biokimyəvi müayinə üçün qan səhər saat 7-9 arasında acqarına götürülür, analizə təsir göstərə 
biləcək dərmanlar analiz götürməkdən 2-3 gün əvvəl saxlanılır, çünki qəbul edilən qida və dərman 
analizin göstəricisini dəyişə bilər 
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.27 “Çıraq” 2008 
59)HİV/AİDS( QİÇS-in (qazanılmış immun çatışmazlıq sidromu)) mümkün olan yoluxma 
yolu hansıdır?
A) Həşəratların dişləməsi 
B) Yoluxmuş qanın köçürülməsi 
C) Eyni qabdan qida qəbulu 
D) Hava damcı yolu 


E) Əl ilə təmas 
QİÇS xəstəliyinin törədicisi xəstə insanın qanında olur.Həmin virusla infeksiyalaşmış qan və onun 
fraksiyaları sağlam adama köçürüldükdə, infeksiyalaşmış alətlər vasitəsilə, xəstə anadan körpəyə və 
cinsi yolla yoluxma baş verir. 
Ədəbiyyat: «Справочник терапевта». Г.П.Матвейков. Минск «Беларусь» 2000. Səh. 672 
60) BCJ vaksininin yararlılıq müddəti nə qədərdir?
A) 1 il 
B) 3 ay 
C) 2 il 
D) 1 il 6 ay 
E) 6 ay 
Vaksinin yararlılıq müddəti control nömrə vurulan gündən başlayaraq 2 ildir. 
Vaksini işıq düşməyən yerdə +8 dərəcə Selsi temperaturda saxlamaq lazımdır. 
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısınn məlumat kitabı”.Səh.167“Çıraq” 2008. 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin