Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) İnhalyasiya dərman maddələrinin hansı yolla orqanizmə daxil edilmə üsuludur?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə18/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   14   15   16   17   18   19   20   21   ...   252
69) İnhalyasiya dərman maddələrinin hansı yolla orqanizmə daxil edilmə üsuludur?
A) Vena daxili 
B) Mədə-bağırsaq 
C) Tənəffüs 
D) Dəri altı 
E) Əzələ daxili 
İnhalyasiya aparmaq üçün xüsusi aparatdan istifadə edilir. Bu aparatda dərman məhlulları xüsusi 
toz halına salınır və xəstə bu tozla nəfəs alır, bəzən dərman maddələri buxar halında da udulur, 
bunun üçün xüsusi buxar inhalyatorundan istifadə edilir. 
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 50 “ Çıraq” 2008. 
70) Kişilər üçün istifadə olunan kateterin uzunluğu nə qədərdir?
A) 5 sm 
B) 15 sm 
C) 40 sm 
D) 30 sm 
E) 10 sm 
Kişilərdə sidik kanalının uzunluğu 25-30 sm-dir, ona görə də sidik kanalının uzunluğuna müvafiq 
olaraq 30 sm-lik kateterdən istifadə olunur. 
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 56 “ Çıraq” 2008 
71) Dəm qazı ilə zəhərlənmənin ilkin əlamətləri hansılardır?
A) Ürəkdöyünmə, qusma 
B) Başgicəllənmə, lənglik, huşun itməsi 
C) Təngnəfəslik, qıcolma 
D) İshal, qarında ağrılar 
E) Yanıqlar, səpkilər 
Dəm qazı hipoksik, neyrotoksik, hemotoksik təsirə malikdir. Bu da ilk növbədə lənglik
başgicəllənmə və huşun itməsinə səbəb olur. 


Ədəbiyyat: Е.И.Цазов. «Неотлож состояние экстренная помощъ». Москва «Медицина» 1990. 
Стр. 265 
72) Öd kisəsinin rentgen müayinəsi üçün göstərilən maddələrdən hansı istifadə edilmir?
A) Biliqnost 
B) Biliqrafin 
C) Bilitrast 
D) Barium 
E) Xolevid 
Xolesistoqrafiya yolu ilə orqanizmə kontrast maddə yeritmək və sonra rentgen şəkli çəkməklə öd 
kisəsinin və öd yollarının formasını, funksiyasını öyrənirlər. Öd kisəsinin rentgen müayinəsi üçün 
tərkibində yod olan maddələrdən- xolevid, biliqnost və s. istifadə edilir . Barium bu zaman istifadə 
olunmur. 
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” . Səh. 102 “ Çıraq ” 2008. 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin