Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Meteorizm hansı sistemin xəstəliklərinin əsas simptomlarındandır?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə20/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   16   17   18   19   20   21   22   23   ...   252
77) Meteorizm hansı sistemin xəstəliklərinin əsas simptomlarındandır?
A) Cinsiyyət sistemi 
B) Sidik –ifrazat sistemi 
C) Tənəffüs sistemi 
D) Həzm sistemi 
E) Ürək-qan-damar sistemi 
Meteorizm bağırsaqlarda patoloji qaz əmələ gəlməsidir, bu zaman qarın çox köpür, əsasən bağırsaq 
diskineziyası zamanı, enterokolit zamanı, qarın boşluğunda aparılan operasiyalardan sonra əmələ 
gəlir. Meteorizmi azaltmaq üçün xəstəyə aktivləşmiş kömür verilir, lazım gəldikdə qaz çıxarıcı boru 
qoyulur. 
Ədəbiyyat : N.R. Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 56 “ Çıraq ” 2008. 
78) Nikturiya nədir?
A) Sidiyin xüsusi çəkisinin sabit qalması 
B) Gecikmiş sidiyin xaric olması 
C) Sidikdə qanın olması 
D) Gecə sidiyinin miqdarının çox olması 
E) Sidikdə irinin olması 
Nikturiya sidiyin miqdar pozğunluqlarına aid olub, sutkalıq sidiyin miqdarının yarısının və ya daha 
çox hissəsinin gecələr ifraz olunmasına deyilir, əsasən ürək –damar çatışmazlığınin gizli formasında 
və böyrəklərin xroniki çatışmazlığı zamanı müşahidə olunur. 
Ədəbiyyat :C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq . Səh.224. “Təhsil” .Bakı 1998. 
79) Dəm qazı ilə zəhərlənmə zamanı təxirəsalınmaz yardım?
A) Xəstəni intubasiya etmək 
B) Xəstəni təmiz havaya çıxartmaq, oksigen inhalyasiyası aparmaq 
C) Xəstəyə antihistamin preparatı vurmaq 
D) Xəstəyə vena daxili NaHCO3 yeritmək 
E) Xəstənin mədəsini yumaq 
Dəm qazının hipoksik təsirini aradan qaldırmaq üçün xəstə dərhal təmiz havaya çıxarılaraq, oksigen 
inhalyasiyasına başlanılmalıdır. 


Ədəbiyyat: Е.И.Цазов. «Неотлож состояние экстренная помощъ». Москва «Медицина» 1990. 
Стр. 268 
80) Sidikdə şəkərin miqdarını təyin etmək üçün sidik necə toplanır?
A) Səhər yuxudan durduqdan sonra 100-200 ml 
B) Xəstəyə acqarına 1,5 l maye içirdikdən sonra ilk 4saat ərzində 
C) Yalnız gecə saat 22-dən səhərə qədər ifraz etdiyi sidik 
D) Steril sınaq şüşəsinə 10 ml sidik yığılır 
E) Bir sutka ərzində 
Sidiyi şəkərə yoxlamaq üşün xəstə səhər saat 8-də sidik ifraz edib, bu sidiyi tullayır, sonra səhəri 
gün səhər saat 8-ə kimi ifraz etdiyi sidiyi bir qaba toplayır, sonra tibb bacısı sidiyin ümumi 
miqdarını ölçür, qabı çalxalayıb, ondan 100-150 ml sidiyi təmiz, quru qaba töküb, laboratoriyaya 
göndərir. 
Ədəbiyyat : C.N. Hacıyev; R.Y. Əliyev. Xəstələrə qulluq. Səh.225. “Təhsil”. Bakı 1998 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin